Icma.az
close
up
RU
Üçtərəfli zirvə görüşü yeni siyasi nizamda xüsusi rol oynayacaq

Üçtərəfli zirvə görüşü yeni siyasi nizamda xüsusi rol oynayacaq

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə Prezidenti cənab İlham Əliyevin dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarmaqla mövqeyini möhkəmləndirib. Azərbaycanın müstəqil, demokratik, azad eyni zamanda qalib ölkə olaraq dünya birliyindəki nüfuzu daha da artıb. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə müsbət rəy formalaşdı və möhkəm inam yarandı. Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb.

Azərbaycan son illərdə xarici siyasətində "orta güc" strategiyasını inkişaf etdirərək regional və qlobal arenada öz nüfuzunu artırmağa çalışır. Bu strategiya ölkənin regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda daha fəal rol almasını, strateji müttəfiqliklər qurmasını və iqtisadi-mədəni inteqrasiyanı genişləndirməsini əhatə edir. Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin zirvə görüşü bu siyasətin ən bariz nümunələrindən biridir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə həyata keçirdiyi təşəbbüslər onun beynəlxalq arenada balanslı və çoxvektorlu siyasətini nümayiş etdirir. Türkiyə və Pakistanla möhkəm əlaqələr isə Azərbaycanın regional güc mövqeyini daha da möhkəmləndirir. Qarabağ müharibəsi zamanı hər iki ölkənin Azərbaycana siyasi və mənəvi dəstəyi, onların strateji tərəfdaşlıq çərçivəsində sıx əməkdaşlığının davam etdiyini göstərir.Zirvə görüşü zamanı enerji və nəqliyyat xətlərinin inkişafı, xüsusən də Zəngəzur dəhlizinin əhəmiyyəti ön plana çıxarıldı. Bu dəhliz yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadi potensialını artıracaq və üç ölkə arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcək.Zirvə görüşündə əsas müzakirə mövzuları regional əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, enerji və infrastruktur layihələri, nəqliyyat dəhlizləri və müdafiə sənayesi sahəsində birgə təşəbbüslər oldu. Liderlər həmçinin Qarabağın bərpası və bölgədə davamlı sülhün təmin olunması ilə bağlı fikir mübadiləsi apardılar.Prezident Rəcəb Tayyib Erdoğan çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir,” dedi. Baş nazir Şahbaz Şərif isə Pakistanın Azərbaycanla tarixi və qardaşlıq münasibətlərinə sadiqliyini bildirdi və Laçın kimi strateji əhəmiyyətli bir bölgədə olmaqdan məmnunluğunu ifadə etdi.Görüş zamanı tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq sənədləri imzalandı. Bu əməkdaşlıqlar Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin daha da genişləndirilməsini nəzərdə tutur.Bu görüş təkcə diplomatik baxımdan deyil, həm də simvolik olaraq mühüm əhəmiyyət daşıyır. Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılan Laçının bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi, bölgənin təhlükəsizliyinin və sabitliyinin təmin olunduğunu göstərir. Bu da onu göstərir ki, Laçın təkcə Azərbaycanın deyil, həm də bütün Türk və İslam dünyasının sülh və həmrəyliyinin rəmzinə çevrilir.

Nicat İsmayılov

YAP Yasamal rayonu “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see228

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see195

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see168

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see158

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see127

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see126

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri