Icma.az
close
up
RU
Статья не опубликована
Üçüncü Qarabağ müharibəsi baş verərsə, Ermənistan 9000 kv.km lə kifayətlənməli olacaq Deputat

Üçüncü Qarabağ müharibəsi baş verərsə, Ermənistan 9000 kv.km lə kifayətlənməli olacaq Deputat

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Daşnaksütyun bir terror təşkilatı olaraq yaradılıb və uzun illər siyasi məqsədlər müəyyən edərək, siyasi terror yolu ilə fəaliyyət göstərməyə çalışıb. Əvvəlcə Livanın Beyrut şəhərində mövcud olub, sonradan isə terror siyasətini partiya səviyyəsinə qaldırmağa cəhd edib. Bu gün də o, müharibə partiyası kimi tanınır. Əslində, Daşnaksütyun ideologiyasının kökündə terror dayanır. Buna görə də bu partiyanın sülh istəməsi qeyri-səmimi görünür, çünki onun mahiyyəti və ideoloji məzmunu bəllidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Erməni İnqilabi Federasiyası – Daşnaksütyun Partiyası bəyanat yayaraq Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxıb. Bəyanatda iddia edilir ki, Azərbaycanla bağlanacaq saziş və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsini təmin etmir, həmçinin Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılmasına zəmanət vermir. Eyni zamanda, Daşnaksütyun Partiyası sülh sazişinin “Artsax”la bağlı ermənilərin gözləntilərinə cavab vermədiyini iddia edir. Onların bu mövqeyini keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi Hayastan Bloku və Respublikaçılar Partiyası da dəstəkləyib.

Deputat bildirib ki, Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh sazişində sərhədlərin dəqiqləşdirilməsinin əsas məsələ kimi göstərilməsi əsassızdır.

“Ümumiyyətlə, sərhədlərin dəqiqləşdirilməsi heç bir sülh sazişində konkret formada əks olunmur. Çünki delimitasiya və demarkasiya uzunmüddətli prosesdir və onu əvvəlcədən hər hansı hüquqi sənədə daxil etmək mümkün deyil. Məsələnin mahiyyətinə gəldikdə, Azərbaycanın tarixi sərhədləri Göyçə gölünün ortasından, yəni Ermənistanın 9000 kvadrat kilometrlik ərazisindən kənarda qalan torpaqlardan keçir. Əgər Daşnaksütyun bu şərtlərlə sülhə razı deyilsə, yeni bir müharibə nəticəsində Ermənistanın ərazisi daha da kiçilə bilər. Belə olan halda, Ermənistan yalnız ona verilən 9000 kvadrat kilometr ərazidə dövlət olaraq qalacaq. Keçmiş prezidentlər – Serj Sarkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan üçlüyü də bu reallığı dərk etməlidir. Əgər Azərbaycan və Ermənistan arasında üçüncü Qarabağ müharibəsi baş verərsə, Ermənistan 9000 kvadrat kilometr ərazi ilə kifayətlənməyə məcbur olacaq. Ona görə də mövcud şərtlərdə sülh müqaviləsinin imzalanması vacibdir. Əks halda, bir müddət sonra ermənilər Paşinyanın qəbul etdiyi sülh sənədinin onlar üçün daha yaxşı bir seçim olduğunu anlayacaqlar”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 31 Mart 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri