Ermənistan Türkiyə sərhədi yanvarda üçüncü ölkə vətəndaşları üçün açılacaq Türkiyəli sabiq deputat
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə sabiq deputat Karo Paylan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nikbin proqnozlar verib.
Yeniavaz.com xəbər verir ki, o, noyabrın 5-də jurnalistlərlə söhbətində bildirib ki, sərhədin yaxın aylarda açılması ehtimalı yüksəkdir.
Paylan qeyd edib ki, gələn ilin yanvar və ya fevral aylarında bu istiqamətdə “çox müsbət irəliləyişlərin” şahidi olacağıq: “Əgər hər şey qaydasında getsə, əvvəlcə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq, daha sonra isə Türkiyə və Ermənistan vətəndaşları da sərhəddən keçə biləcəklər. Mən bu münasibətlərin parlaq gələcəyini görürəm”.
Siyasətçi hesab edir ki, əsas maneə Türkiyə və Azərbaycanın bir-birinə oxşar siyasət yürütməsidir: “Ermənistan-Türkiyə münasibətlərinə Azərbaycan, Ermənistan-Azərbaycan münasibətlərinə isə Türkiyə mane ola bilər. Qarşıdakı aylar hər iki istiqamətdə münasibətlərin normallaşması üçün həlledici olacaq”.
Bu mövzuda digər xəbərlər:Ermənistan Türkiyə sərhədi nə vaxt açılacaq?
20 Mart 2025 12:00
Türkiyə Ermənistan sərhədi nə vaxt açılacaq?
11 Avqust 2025 14:51
Ermənistan Türkiyə sərhədi pozuldu
12 Dekabr 2024 22:11
Türkiyə Ermənistan sərhədi açılır?
07 Mart 2025 20:26
Ermənistan Türkiyə sərhədi açılır
27 Oktyabr 2025 15:15
Baxış sayı:117
Bu xəbər 05 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















