Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

“Üçüncüsü yoxdur” Azərbaycanın qarşısında açılan yeni xəritə

“Üçüncüsü yoxdur” Azərbaycanın qarşısında açılan yeni xəritə

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Bəzən siyasətdə bir cümlə uzun çıxışdan daha çox şey deyir. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikir də belə cümlələrdəndir:“Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur”.

Söhbət ABŞ və Çindən gedirdi. Prezident Azərbaycanın hər iki dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurduğunu da xatırlatdı. İlk baxışda bu, adi geosiyasi təsnifat kimi görünə bilər. Amma cümlənin sonundakı “üçüncüsü yoxdur” ifadəsi istər-istəməz başqa sual doğurur.

Siyasətdə bəzən deyilən söz qədər deyilməyən söz də əhəmiyyətlidir. Məsələni yalnız hansısa bir ölkənin adının çəkilməməsi ilə izah etmək isə mənzərəni kiçiltmək olardı. Burada daha böyük prosesdən söhbət gedir. Dünyanın güc nisbəti dəyişir və Azərbaycan da bu dəyişikliklərin içində öz yerini yenidən müəyyənləşdirir.

XX əsrin böyük hissəsində dünyanın siyasi xəritəsində iki əsas güc mərkəzi mövcud idi - Vaşinqton və Moskva.

Sovet İttifaqının dağılmasından sonra ABŞ uzun müddət təkqütblü sistemin başlıca dayağı oldu. İndi isə Çin başqa miqyasda meydana çıxıb. Onu hələ də “dünyanın fabriki” adlandıranlar var. Amma bu ifadə artıq Çinin iqtisadi və siyasi çəkisini izah etməyə kifayət etmir. Texnologiya, maliyyə, sənaye, ticarət, logistika, enerji -Pekinin təsir imkanları bütün bu sahələrdə artır. XXI əsrdə supergüc anlayışını yalnız nüvə arsenalının həcmi ilə ölçmək mümkün deyil. Sual yaranır: texnologiyaya, ticarət yollarına və kapital axınlarına kim istiqamət verir, iqtisadi gücünü siyasi təsirə kim çevirə bilir? Rəqəmlər də bu mənzərəni tamamlayır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2025-ci il məlumatına görə, ABŞ 954 milyard dollarlıq hərbi xərclə dünyada birinci, Çin isə 336 milyard dollarla ikinci olub. İki ölkənin hərbi xərcləri birlikdə qlobal hərbi xərclərin təxminən 45 faizini təşkil edib. Amma Azərbaycan üçün daha vacib sual başqadır - bu yeni xəritədə biz haradayıq?

Bakı-Pekin münasibətlərində son dövrdə baş verənlər təsadüfi diplomatik fəallıq təsiri yaratmır. 2024-cü il iyulun 3-də Astanada Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul edildi. Sənəddə siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və kommunikasiyalar, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində praktiki əməkdaşlığın dərinləşdirilməsi və digər istiqamətlər nəzərdə tutulur.

ABŞ-la münasibətlərdə də yeni səhifə açılıb. 2026-cı il fevralın 10-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəddə regional bağlantılar, iqtisadi sərmayə, enerji, texnologiya və təhlükəsizlik əməkdaşlığı ayrıca istiqamətlər kimi göstərilir.

Deməli, “iki supergüc” ifadəsinin arxasında konkret diplomatik proses dayanır. Bakı eyni vaxtda Vaşinqton və Pekinlə münasibətlərini yeni mərhələyə daşıyır. Azərbaycanın illərdir yürütdüyü xarici siyasətin məntiqi də burada daha aydın görünür. Hər hansı bir güc mərkəzinə bağlanmaq əvəzinə, müxtəlif mərkəzlərlə münasibətlərdən öz maraqları üçün istifadə etmək. Azərbaycanın ən böyük üstünlüyü nə əhalisinin sayıdır, nə də ərazisinin böyüklüyüdür. Əsas amillərdən biri də ölkənin coğrafiyasıdır. Xəzər dənizi, Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında yerləşən bu ölkə bir neçə istiqamətin kəsişdiyi nöqtədədir.

Çin üçün Avropaya çıxış yolları vacibdir. Avropa üçün alternativ enerji və nəqliyyat marşrutları önəmlidir. Türkiyə üçün Mərkəzi Asiyaya açılan yollar son dərəcə vacibdir. Mərkəzi Asiya üçün Xəzərin o biri sahilinə çıxış vacibdir. Azərbaycan üçün isə bu istiqamətlərin kəsişdiyi məkanda olmaq üstünlükdür. Orta Dəhlizin əhəmiyyəti də buradan başlayır. Azərbaycan artıq sadəcə Şərqlə Qərbin arasında yerləşən ölkə deyil. Bu iki məkanı birləşdirən marşrutda öz rolunu böyütməyə çalışır.

Coğrafiya taledir. Amma taleyin verdiyi imkandan necə istifadə etmək siyasətdir. Enerji amilini də unutmaq olmaz. Azərbaycan uzun illərdir neft və qazını yalnız iqtisadi resurs kimi deyil, xarici siyasət imkanlarından biri kimi də istifadə edir. İndi bu imkanlara nəqliyyat, logistika və yaşıl enerji əlavə olunur.

Beləliklə, Azərbaycanın əhəmiyyəti yalnız yerin altındakı sərvətlərlə ölçülmür. Bəzən xəritədə tutduğun yerin özü sərvətə çevrilir. Amma bunun başqa tərəfi də var. Böyük güclərin maraqlarının kəsişdiyi məkan olmaq yalnız üstünlük deyil. Bu, həm də təzyiq deməkdir. İmkan böyüdükcə risk də böyüyür. Ona görə Azərbaycan üçün əsas məsələ hansısa böyük gücün yanında görünmək deyil. Əsas məsələ isə bunu bacarmaqdır: böyük güclərin hesablamalarında öz yerini qorumaq.

Burada Rusiyanı da ayrıca nəzərə almaq lazımdır. Rusiyanın hərbi, nüvə və siyasi imkanlarını nəzərə almadan regionun geosiyasətindən danışmaq mümkün deyil. Azərbaycan onunla qonşudur. İki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələr mövcuddur. Bu baxımdan “üçüncüsü yoxdur” ifadəsini Moskva ilə münasibətlərin başa çatması kimi yozmaq doğru olmaz. Əsl məsələ başqadır. Azərbaycan öz xarici siyasətində heç bir böyük dövlətin maraqlarını milli maraqlarının fövqünə qoymaq istəmir. Bu, anti-Rusiya siyasəti deyil. Eyni prinsip ABŞ və Çin üçün də keçərlidir. Bakı üçün əsas məsələ münasibətləri kəsmək yox, həmin münasibətlərin çərçivəsini mümkün qədər öz milli maraqları daxilində saxlamaqdır.

Suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanın qarşısında yeni vəzifə yaranıb - əldə olunmuş siyasi nəticəni uzunmüddətli iqtisadi və diplomatik üstünlüyə çevirmək. Bunun üçün Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji layihələrinin inkişafı və regionun yeni iqtisadi xəritəsinin formalaşdırılması da vacibdir. Çinlə strateji tərəfdaşlıq bu siyasətin bir istiqamətidir. ABŞ-la strateji tərəfdaşlıq başqa bir istiqamətdir. Türkiyə ilə müttəfiqlik, Avropa ilə enerji və iqtisadi əlaqələr, Mərkəzi Asiya ilə yaxınlaşma isə həmin xəritənin digər tərəfləridir. Bunların heç biri Azərbaycanı avtomatik olaraq böyük dövlətə çevirmir. Amma hamısı birlikdə ölkənin geosiyasi çəkisini artıra bilər.

Beynəlxalq siyasətdə dövlətin çəkisini yalnız əhalisinin sayı və ərazisinin böyüklüyü müəyyən etmir. Bəzən bir dövlətin çəkisi onun yoxluğunun nə qədər hiss ediləcəyi ilə ölçülür.

Azərbaycanın olmadığı bir xəritədə Orta Dəhliz də, Xəzər üzərindən Qərbə uzanan yollar da, Cənubi Qafqazın enerji və nəqliyyat sistemi də başqa cür görünər. Türkiyə ilə Mərkəzi Asiya arasındakı bağlantılar da bundan kənarda qalmaz. Deməli, Azərbaycanın əsas üstünlüyü böyük olmaq deyil, əvəzolunmazlığını artırmaqdır.

Prezident İlham Əliyevin həmin çıxışındakı “iki supergüc” məsələsinə də bəlkə bu prizmadan baxmaq lazımdır. ABŞ və Çin arasında rəqabət dərinləşir, Rusiya öz maraqlarını qoruyur, Avropa enerji və nəqliyyat təhlükəsizliyinin yeni yollarını axtarır, Türkiyə regional və türk dünyası siyasətini genişləndirir, Mərkəzi Asiya ölkələri marşrutlarını şaxələndirir. Azərbaycan isə bütün bu maraqların kəsişdiyi məkandadır. Bu, ölkə üçün böyük imkan yaradır. Amma xəritədə imkanın görünməsi hələ onun siyasi nəticəyə çevrilməsi demək deyil.

Böyük güclərin maraqlarının kəsişdiyi yerdə səhv addımın qiyməti də böyük olur. Ona görə “iki supergüc var, üçüncüsü yoxdur” cümləsinin əsl mənası bəlkə də Rusiyanın və ya İranın harada dayanmasından çox, Azərbaycanın harada dayanacağı ilə bağlıdır.

Dünya dəyişir, güc nisbətləri yenilənir, ticarət və enerji yolları yeni istiqamətlər alır. Azərbaycanın gələcək çəkisi isə hansı supergüclə münasibət qurmasından çox, bu rəqabət şəraitində öz maraqlarını nə qədər sərbəst qoruya bilməsindən asılı olacaq.

Bəlkə də əsas sual artıq “dünyada neçə supergüc var?” deyil. Əsas sual budur ki, iki supergücün arasında Azərbaycan özünü nə qədər böyük hiss etdirə biləcək? Cavab xəritədə deyil. Bakının bundan sonra atacağı addımlardadır.

Azər Rəşidoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri