Icma.az
close
up
RU
Ucuz al, bahalı sat tələsinə düşməmək üçün bunlara diqqət edin

Ucuz al, bahalı sat tələsinə düşməmək üçün bunlara diqqət edin

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


İnternetin inkişafı, qloballaşma və Azərbaycan ilə bəzi ölkələr arasında vizasız rejimin tətbiqi nəticəsində insanlar ucuz mal tapıb satmaq ümidi ilə xarici bazarlara üz tuturlar.
Yeniavaz.com
xəbər verir ki, bu proses həmişə qazanc gətirmir və bir çox hallarda çoxları böyük maliyyə itkiləri ilə üzləşir.
Eyni zamanda, bəzi şəxslər Azərbaycan dilini bilməyən və xaricdə real iş təcrübəsi olmayan insanlara "ucuz al, bahalı sat" sxemi ilə inanılmaz gəlirlər vəd edirlər. Lakin bu işin risklərini izah etmirlər.
Belə vəziyyətlərdə sahibkarları gözləyən əsas risklər aşağıdakılar olur:
- Böyük həcmdə mal almaq – Pulun dondurulması, məhsulun köhnəlməsi və nəticədə ucuz qiymətə satmaq məcburiyyəti.
- Qüsurlu və ya zədələnmiş malların göndərilməsi – Planlaşdırılmış qiymətə satmaq mümkün olmur.
- Fırıldaqçılarla qarşılaşma – Ən təhlükəli ssenaridir. Əgər bir təklif bazar qiymətindən 20%-dən çox aşağıdırsa, bu siqnal fırıldaqçılıq ola bilər.
İlk iki halda zərəri məhdudlaşdırmaq mümkündürsə, dələduzluq halında itirilən pulları geri qaytarmaq çox çətin olur.
Fırıldaqçılıq necə baş verir?
Problem ondan ibarətdir ki, bir çox insan beynəlxalq müqavilələr barədə minimal biliklərə belə malik deyil və xarici tərəfdaşları necə yoxlayacağını bilmir. Sizi bu işə cəlb edənlər isə bu barədə heç nə öyrətmir və ya özləri də bilmirlər.  Alıcılar internetdə böyük endirimli bir təklif tapır, satıcı ilə razılaşır, faktura alır, ödəniş edir... və sonra pul yoxa çıxır. Bəzi insanlar isə kiminlə müqavilə bağladıqlarını, hara pul göndərdiklərini belə bilmir. Bəzən saxta şirkətlərin hesabları Sinqapurda və ya başqa ölkələrdə olur, bu isə məhkəmə vasitəsilə pulları geri qaytarmağı mümkünsüz edir.
Özünüzü necə qoruya bilərsiniz?
1. Şirkəti rəsmi bazalar vasitəsilə yoxlayın.
- Şirkət 1 ildən azdır fəaliyyət göstərirsə – bu risk əlamətidir.
- İşçilər üçün sosial ödənişlər edilmirsə, bu da fırıldaqçılıq ola bilər.
- Hüquqi və faktiki ünvanlar arasında uyğunsuzluq varsa, ehtiyatlı olun.
- Şirkət məhkəmə iddiaları ilə üzləşibsə və ya ləğv prosesindədirsə, bu, siqnaldır!
2. Müqavilə bağlayarkən diqqətli olun.
- Şirkətin bank rekvizitlərini (ingilis dilində) rəsmi sənədlərlə müqayisə edin.
- Ödənişin Azərbaycanla birbaşa ticarət əlaqəsi olan ölkəyə edildiyindən əmin olun.
- Müqavilədə keyfiyyət, kəmiyyət, qablaşdırma, vaxt və cərimələr ətraflı göstərilməlidir.
- Şifahi razılaşmalara inanmayın.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri