Icma.az
close
up
RU
Ucuz bilet, sadələşdirilmiş viza... Qonşu ölkələrlə müqayisədə Azərbaycan turisti özünə çəkməyi bacarmır

Ucuz bilet, sadələşdirilmiş viza... Qonşu ölkələrlə müqayisədə Azərbaycan turisti özünə çəkməyi bacarmır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlin ilk 8 ayında ölkəyə gələn turist sayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalma var. Faiz nisbətində azalma kiçik görünsə də, tendensiya olaraq artıq hər il turist sayının azalmasını müşahidə olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, turist axınının azalması sadəcə 1,6% olsa da, ardıcıl tendensiya halını alması siqnal xarakteri daşıyır.

Akif Nəsirli

İqtisadçınıın fikrincə, əsas səbəblərdən biri qiymətlə bağlıdır: “Azərbaycanda hotellərin, restoranların və xidmətlərin qiyməti çox vaxt Türkiyə və Gürcüstan, hətta BƏƏ ilə müqayisədə yüksəkdir. Eyni büdcə ilə turist başqa ölkədə daha çox xidmət alır”.

Akif Nəsirli qeyd edib ki, qiymət baha olsa da, xidmət keyfiyyəti aşağıdır.

“Qonaqpərvərlik ənənəsi güclü olsa da, peşəkar turizm xidmətlərində (otel xidməti, bələdçilik, logistika) problemlər qalır. Bu, təkrar gələn turistlərin sayını azaldır. Marketinqin fəaliyyəti zəifdir. Azərbaycanın turizm brendi (“Land of Fire”) kifayət qədər tanıdılmır. Bizə nisbətən Türkiyə, Gürcüstan, BƏƏ, hətta Serbiya çox aktiv tanıtım kampaniyaları aparır. Nəqliyyat əlçatanlığı aşağıdır. Aviareyslər az və bahadır. Turist üçün sərfəli uçuş imkanları məhduddur.

Regional sabitlik faktoru da təsirli amillərdəndir. Qonşu ölkələrlə müqayisədə Azərbaycan hələ də “riskli bölgə” imici daşıyır. Qarabağ müharibəsi başa çatsa da, Qərb mediasında imic hələ tam bərpa olunmayıb”-deyə Akif Nəsirli bildirib.

İqtisadçı hesab edir ki, alternativ ölkələr daha cazibədar təkliflərlə turisti özünə cəlb etməyi bacarır: “Gürcüstanda həm ucuzluq var, həm viza rejimi sadədir, həm də daha geniş turizm məhsulları təklif edir. Türkiyə də ucuz uçuş və paket turizm baxımından çox əlçatandır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see195

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see162

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see155

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see136

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri