Icma.az
close
up
RU
Ucuz neft Azərbaycana problem yaradacaq?

Ucuz neft Azərbaycana problem yaradacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. 

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,88 dollar ucuzlaşaraq 72,46 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,34 ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran-ABŞ anlaşması neft bazarında ucuzlaşmanı sürətləndirir. O qeyd edib ki, neft bazarında ucuzlaşma tendensiyası davam edəcək: 

““Azeri Light” neft markasının qiyməti ayrıca müəyyənləşdirilmir. Dünya bazarında qiymətlər etalon (brend) neft markalarına əsasən formalaşır. Hazırda İran-ABŞ anlaşması, axsaq da olsa, irəliləyir. Bu səbəbdən də Hörmüz boğazı demək olar ki, açılıb və nəticədə neft qiymətləri kəskin şəkildə enməyə başlayıb. Hətta bundan da aşağı qiymətləri görəcəyimiz çox güman edilir”. 

İqtisadçı əlavə edib ki, neftin qiymətləri hələlik Azərbaycan üçün ciddi risk yaratmır: 

“Təbii olaraq, dünya bazarında neftin qiyməti düşürsə, bütün markalı neftlərin, o cümlədən “Azeri Light” markalı neftin də qiyməti aşağı düşür. Hələlik bu, ciddi problem hesab edilmir. 

Qiymətlər dövlət büdcəsində nəzərdə tutulandan hələ də yüksəkdir. Buna görə də hazırkı mərhələdə Azərbaycan üçün hər hansı ciddi problemin yaranacağı gözlənilmir”. 

Natiq Cəfərli vurğulayıb ki, neft qiymətləri ilin əvvəlindən Azərbaycan üçün əlverişli olub: 

“Çünki ilin əvvəlindən etibarən neftin qiymətləri kifayət qədər yüksək olub. Hazırda ilin əvvəlindən bəri Azərbaycan neftinin orta qiyməti təxminən 85-90 dollar civarındadır. Bu da kifayət qədər ciddi maliyyə ehtiyatı formalaşdırmağa imkan verir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: neft Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri