UEFA Çempionlar Liqası: Arsenal Atletiko oyununda 4 qol, Niderlandda sensasiya
Icma.az bildirir, Oxu.az portalına istinadən.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun ilk oyun günü başa çatıb.
Oxu.Az xəbər verir ki, günün ən maraqlı qarşılaşmalarından biri Londonda keçirilib. Burada yerli "Arsenal" Madird "Atletiko"sunu qəbul edib. Meydan sahibləri qonaqların müqavimətini yalnız ikinci hissədə qırmağı bacarıblar. "Topçular" rəqib qapısından dörd cavabsız qol keçirməklə qalib gəliblər - 4:0.
Daha bir maraqlı qarşılaşma Niderlandda baş tutub. Hazırkı İtaliya çempionu "Napoli" PSV ilə üz-üzə gəlib. Qonaqlar rəqib qapısına iki dəqiq zərbə endirsələr də, öz qapılarından altı top çıxarıblar - 6:2.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Barselona" - "Olimpiakos" 6:1;
"Kayrat" - "Pafos" 0:0;
"Bayer Leverkuzen" - PSJ 2:7;
"Kopenhagen" - "Borussiya Dortmund" 2:4;
"Nyukasl Yunayted" - "Benfika" 3:0;
"Royal Union" - "İnter" 0:4;
"Vilyarreal"- "Mançester Siti" 0:2.
Qeyd edək ki, turun oyunlarına oktyabrın 22-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Oktyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















