UEFA Çempionlar Liqasının yeni mövsümündə İngiltərəni beş komanda təmsil edəcək
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Növbəti mövsümdə İngiltərə Premyer Liqasının ən azı beş komandası Çempionlar Liqasında mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, bu, ötən gün Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan oyunlardan sonra dəqiqləşib.
"Arsenal"ın "Real Madrid" üzərində qələbəsindən (3:0) sonra UEFA əmsallar cədvəlində birinci sırada olan ingilislərin aşağı pilləyə düşməyəcəyi təmin olunub.
Bu isə o deməkdir ki, İngiltərə Premyer Liqası 2025/26 Çempionlar Liqası mövsümünə əlavə komanda göndərəcək.
Hətta növbəti mövsümdə ÇL-də daha iki Premyer Liqa klubu da mübarizə apara bilər.
Belə ki, hazırda ÇL-də mübarizə aparan "Aston Villa" bu mövsüm kuboku qazansa və liqada ilk 5-likdən kənarda qalsa, İngiltərənin növbəti mövsüm üçün qitənin ən nüfuzlu turnirində komanda sayı 6 olacaq. "Mançester Yunayted" və ya "Tottenhem" Avropa Liqasını qazanarsa, bu rəqəm 7-yə yüksələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















