UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
"Report"un məlumatına görə, buna UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.
Qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Ermənistan Futbol Federasiyasını
12 Dekabr 2024 11:12
UEFA Ermənistan Futbol Federasiyasını külli miqdarda cərimələyib
12 Dekabr 2024 11:15
UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi
12 Dekabr 2024 20:00
UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
12 Dekabr 2024 11:57

