UEFA ilə FİFA arasında hakimlik gərginliyi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
UEFA ilə FİFA arasında son dövrlər yaranan gərginlik hakimliklə bağlı qərarlarda da özünü göstərir.
QOL.az xəbər verir ki, UEFA Somali hakimi Omar Artanı avqustun 12-də Zalsburqda keçirilən Superkubok oyununa təyin edib. PSJ ilə "Aston Villa" arasında keçirilən və Paris təmsilçisinin qələbəsi ilə başa çatan həmin görüşdə Artanın hakimlik etməsi diqqət çəkib.
Xatırladaq ki, FİFA daha əvvəl onu ABŞ-da keçiriləcək dünya çempionatının final mərhələsi üçün hakimlər siyahısından çıxarmışdı.
UEFA bununla da kifayətlənməyib. "Mundo Deportivo" nəşrinin məlumatına görə, Somali hakimi Avropa futbol qurumunun yeni mövsüm ərəfəsində keçiriləcək ilk hakimlik seminarına da xüsusi dəvət alıb.
Avqustun 31-dən sentyabrın 2-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək seminarda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının yeni mövsümü ilə bağlı əsas hakimlik qaydaları və göstərişləri müzakirə olunacaq.
Artan tədbirdə UEFA-nın 35 elit və 61 birinci kateqoriyalı hakimi ilə birlikdə iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Avqust 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















