Icma.az
close
up
RU
UEFA Konfrans Liqası: “Qarabağ“ ilk matçdan məğlub ayrıldı VİDEO

UEFA Konfrans Liqası: “Qarabağ“ ilk matçdan məğlub ayrıldı VİDEO

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukraynanın "Dinamo Kiyev" komandasına məğlub olub.

Moderator.az xəbər verir ki, Polşanın Lyublin şəhərində yerləşən "Lublin Arena" stadionunda keçirilən qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Beləliklə, "Qarabağ" cavab oyunu öncəsi minimal hesablı məğlubiyyət alıb.

21:14

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən "Dinamo Kiyev" - "Qarabağ" matçında ilk qol vurulub.

Moderator.az xəbər verir ki, Polşanın Lyublin şəhərində yerləşən "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada hesabı Ukrayna təmsilçisi açıb.

Matçın 10-cu dəqiqəsində Matvey Ponomarenko fərqlənərək "Dinamo"nu hesabda önə keçirib - 1:0.

21:00

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukraynanın "Dinamo Kiyev" klubu ilə qarşılaşır.

Moderator.az xəbər verir ki, Polşanın Lyublin şəhərində yerləşən "Arena Lublin" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Görüşü Danimarkadan olan hakimlər briqadası idarə edir.

19:50

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək Ukraynanın "Dinamo Kiyev" və Azərbaycanın "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Moderator.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"Dinamo Kiyev":

71. Surkis, 5. Sych, 6. Brazhko, 11. Ponomarenko, 15. Rubchynskyi, 21. Lonwijk, 32. Mykhavko, 39. Guerrero, 44. Dubinchak (k), 70. Redushko, 94. Kędziora.

"Qarabağ":

99. Kochalski, 2. Silva, 4. Várkonyi, 7. Mouaddib, 8. Janković, 10. Zoubir (k), 21. Kaşçuk, 25. Makreckis, 29. Cephas, 35. Pedro Bicalho, 44. Cəfərquliyev.

09:00

Bu gün "Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"in qonağı olacaq.

Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. Onun köməkçisi isə Yens Maye olacaq.

Polşanın Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb. "Köhlən atlar" iki oyunun nəticəsinə əsasən rəqibini üstələyəcəyi təqdirdə turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Avqust 2026 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri