UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava düşüb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının final oyunundan əvvəl İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" klublarının fanatları arasında kütləvi qarşıdurma yaşanıb.
"Report" xarici mətbuat orqanlarına istinadən məlumat verir ki, insident Leypsiq şəhərində yerləşən restoranlardan birində baş verib.
Azarkeşlər bir-birlərinə müxtəlif əşyalar tullamaqla hücuma keçiblər. Hadisə yerinə gələn polis ərazini nəzarət altına alıb. Onlarla nəfər iğtişaşlarda iştirakına görə saxlanılıb.
Qeyd edək ki, "Red Bull Arena" stadionunda təşkil olunacaq "Kristal Pelas" – "Rayo Valyekano" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:272
Bu xəbər 27 May 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















