UEFA Mbappeyə ağır cəza verdi
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Fransanın "Lill" klubunda çıxış edən Etan Mbappe ilə bağlı qərar qəbul edib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi üç oyunluq diskvalifikasiyaya məruz qalıb.
Etan Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Betis"lə qarşılaşmada meydandan qovulub. O, görüş zamanı rəqib müdafiəçisi Natana əl ilə zərbə endirib.
Baş hakim Georgi Kabakov epizodu VAR sistemindən izlədikdən sonra fransalı futbolçuya birbaşa qırmızı vərəqə göstərib.
Beləliklə, Mbappe cəza səbəbindən "Arsenal", "Qalatasaray" və "Budyo-Qlimt"ə qarşı keçiriləcək Çempionlar Liqası oyunlarını buraxacaq.
Qeyd edək ki, "Lill" və "Betis" arasında baş tutan qarşılaşma İspaniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Sentyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















