UEFA nın 2027 ci il konqresinin məkanı açıqlandı
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
UEFA-nın 51-ci növbəti Konqresi 2027-ci il aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq.
QOL.az xəbər verir ki, bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb.
Bildirilir ki, UEFA-nın ali idarəedici və qanunverici orqanı olan Konqresdə qəbul ediləcək qərarlar Avropa futbolunun növbəti illərdə inkişaf istiqamətlərini müəyyənləşdirəcək.
Konqres çərçivəsində UEFA prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin seçkiləri də keçiriləcək.
Tədbirdə UEFA-ya üzv olan 55 milli futbol assosiasiyasının nümayəndələri, UEFA rəhbərliyi, FİFA rəsmiləri, Avropa liqalarının və klub birliklərinin təmsilçiləri, həmçinin beynəlxalq idman təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 05 Avqust 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















