UEFA prezidenti: Futbolu izləməyimizin səbəbi rəqabətin gözlənilməzliyidir
Icma.az, sport24.az saytına istinadən bildirir.
UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatını dəyərləndirib. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bununla bağlı"Record"a açıqlama verib:
"Klubların qruplara bölünməsi əvəzinə, indi birləşmiş sıralaması var. Təcrübəmdən bilirəm, xüsusən də, futbolda hər kəs dəyişiklik istəyir, amma heç kim onları həyata keçirmək istəmir. Bu addımı atmaqla cəsarət göstərdik. Adətən, dekabra kimi kimin növbəti mərhələyə vəsiqə qazanacağını bilirdik. Ötən mövsüm PSJ və "Mançester Siti" yalnız son turlarda istədikləri nətucəni əldə edə bildilər. Futbolu izləməyimizin səbəbi rəqabətin gözlənilməzliyidir. Bu, böyük uğurdur və buna çox sevinirik".
Çempionlar Liqası ilə yanaşı, Avropa Liqası və Konfrans Liqası da yenilənmiş formata keçib.
Qeyd edək ki, təmsilçimiz "Qarabağ" da bu mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparır.

