Icma.az
close
up
RU
UEFA Qarabağ klubunu 26000 avro cərimələyib Xəbər saytı Son xəbərlər və Hadisələr

UEFA Qarabağ klubunu 26000 avro cərimələyib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir UEFA Qarabağ klubunu 26000 avro cərimələyib Xəbər saytı Son xəbərlər və Hadisələr.

UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərə) görə 14000 avro ödəyəcək.

Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri