UEFA seçmə turnirlərin qaydalarına dəyişiklik edə bilər
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 oktyabr, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya və Avropa çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, təşkilat oyunların yayım hüquqlarının satışından əldə edilən gəlirin azalmasından narazıdır və təsnifat turnirlərinin keçirilməsi formulunu dəyişməyə hazırdır.
Konkret olaraq, Millətlər Liqasından dünya çempionatı və ya Avropa çempionatının seçmə mərhələsinin bir hissəsi kimi istifadə edilməsi təklif olunur. İşçi qrup, həmçinin vahid liqa cədvəli ilə İsveçrə modelinin tətbiqini müzakirə edir. Ötən mövsümdən Avropa yarışlarında bu formatdan istifadə olunur.
Baxış sayı:75
Bu xəbər 12 Oktyabr 2025 02:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















