Icma.az
close
up
RU
Uels liderliyi ələ keçirdi, Belçika darmadağın etdi

Uels liderliyi ələ keçirdi, Belçika darmadağın etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

J qrupu, 5-ci tur
Qazaxıstan – Uels 0:1 (0:1)

Qazaxıstan: Anarbekov, Kairov, Kasım, Malıy, Alip (Jaksıbayev, 81), Voroqovski, Obrazov (Mujikov, 86), Kasabulat, Kenjebek (Çesnokov, 65), Satpayev (Omirtayev, 87), Samorodov (Jumat, 86).
Uels: Darlou, Tomas (Bruks, 77), Mefam (Kabanqo, 86), Devis, Loulor, Uilyams, Kallen (Ceyms, 77), Şihen, Uilson, Conson (Ceyms, 65), Mur (Harris, 65).
Qol: Mur, 24.
Vərəqələr: Malıy, 80. Uilyams, 90+2 – sarı.
Hakim: Alexandro Ernandes (İspaniya).
4 sentyabr. Astana. 28219 tamaşaçı.
Lixtenşteyn – Belçika 0:6 (0:1)
Lixtenşteyn: Bühel, Hofer, Traber, Malin, Heppel, Zele (Hasler, 63), Hasler (Zund, 84), Lühinger (F.Vilfinger, 84), S.Vilfinger (Mayer, 76), Sağlam (Pitsi, 63), Lük-Notaro.
Belçika: Kurtua, De Keyper (Kastan, 67), Teat, Debast, Menye (Moreyra, 79), Vanaken, Tilemans, Dokyu (Salemakers, 61), De Bruyne (Trossar, 67), Fofana, Openda (De Ketelare, 61).
Qollar: De Keyper, 29 (0:1). Tilemans, 46 (0:2). Teat, 60 (0:3). De Bruyne, 62 (0:4). Tilemans, 70-p. (0:5). Fofana, 90+1 (0:6).
Vərəqələr: S.Vilfinger, 16. Hasler, 69 – sarı.
Hakim: Morten Kroq (Danimarka).
4 sentyabr. Vaduts. 3158 tamaşaçı.
1. Uels 5 3 1 1 11-6 10
2. Ş.Makedoniya 4 2 2 0 6-2 8
3. Belçika 3 2 1 0 11-4 7
4. Qazaxıstan 4 1 0 3 3-5 3
5. Lixtenşteyn 4 0 0 4 0-14 0
7 sentyabr: Şimali Makedoniya – Lixtenşteyn, Belçika - Qazaxıstan.
Bu qrupun hər iki oyununda qonaqlar qələbə qazandı. Qazaxıstan yığması təsnifat mərhələsində ardıcıl 2-ci ev məğlubiyyəti ilə üzləşdi.

"Football-plus.az" xəbər verir ki, meydan sahibləri oyunun əvvəlində açıq-aşkar “2 nömrə” rolu ilə razılaşdılar. Onlar topu və ərazi üstünlüyünü rəqibə verərək, xoşbəxtliyi əks-hücumlarda axtardılar. Qazaxların baş məşqçisi Əli Əliyevin oyun üçün planı heç bir effekt vermədi. İlk yarının ortalarında britaniyalılar hesabı açdı. Uelsilərin cərimə zərbəsini yerinə yetirməsi Murun məhsuldar zərbəsi ilə nəticələndi. Qoldan sonra meydan sahibləri daha cəsarətli oynamağa başladı. Düzdü, onlar fasiləyə qədər Darlounun qapısı önündə yalnız bir təhlükəli vəziyyət yaratmağı bacardılar. Onda da Kenjebek qeyr-dəqiq zərbə ilə yadda qaldı.
Oyunun 2-ci hissəsində Qazaxıstan yığması hücumda daha parlaq və yaradıcı təsir bağışladı. Yenə də Darlounun qapısı önündə əsasən Kenjebek təhlükəli vəziyyət yaradırdı, o, hesabı bərabərləşdirmək üçün iki əlverişli şansı boşa verdi. Özü də epizodların birində Kenjebek rəqibin qapı tirini silkələdi. Sona yaxın artıq Çesnokov əlverişli vəziyyətdən rəqib qapısına yol tapa bilməfi. Qonaqların qapıçısı Samorodovun hiyləgər zərbəsinin də öhdəsindən gəldi. Uzatma dəqiqələrinin sonunda isə Mujikovun cərimə zərbəsi də tirdən döndü. Bu oyunda qazaxların bəxti açıq-aşkar gətirmədi. Digər tərəfdən, maraqlı sual da yaranır: niyə Əliyevin komandası ilk yarıda belə cəsarətli oynamadı? Turnir vəziyyəti ilk iki yerdən birini tutmaq istəyən qazaxları qələbəyə oynamağa məcbur edirdi. İndi isə Qazaxıstan yığması ilk 4 oyunda üç məğlubiyyət üzündən qrupda yüksək yerlər uğrunda mübarizə aparmaq şansını praktiki cəhətdən itirib. Vacib qələbə qazanan Uels yığması 10 xalla J qrupunda liderliyi ələ keçirdi. Düzdü, Şimali Makedoniya ilə Belçikanın hələ ehtiyatda oyunu var.
Yeri gəlmişkən, Belçika hesabat turunda səfərdə Lixtenşteyni darmadağən etdi. Fasiləyə qədər abırlı hesab qorunsa da, “qırmızı iblislər” 2-ci hissədə coşdu. Tilemans dubl etdi, Teate, De Bruyne və Fofana hərəyə bir qol vurdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Sentyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri