Icma.az
close
up
RU
UFAZ da keçirilən Karyera sərgisində 40 şirkət mövcud vakansiyalar və təcrübə proqramlarını təqdim edib

UFAZ da keçirilən Karyera sərgisində 40 şirkət mövcud vakansiyalar və təcrübə proqramlarını təqdim edib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə ənənəvi Karyera sərgisi keçirilib. SİA xəbər verir ki, sərgi qabaqcıl şirkətlər, sənaye liderləri və sahə peşəkarlarını yuxarı kurs tələbələri və məzunlarla bir araya gətirib. Tədbir ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun açılış nitqi ilə başlayıb. O, sərgi haqqında məlumat verdikdən sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayıb və universitetin fəaliyyəti, əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Rektor bildirib ki, bu cür sərgilər müəssisələrlə yuxarı kurs tələbələrinin bir araya gəlməsi üçün əlverişli platformadır. O, həmçinin ADNSU və UFAZ məzunlarının istehsalat müəssisələrində yüksək tələbat gördüyünü vurğulayıb. Rektor Rüfət Əzizov qeyd edib ki, ali təhsil müəssisəsi olaraq sənaye ilə sıx əməkdaşlıq əlaqələri formalaşdırılıb və bu, tələbələrin işə qəbul və təcrübə imkanlarını genişləndirməklə yanaşı, əmək bazarında hansı ixtisaslara daha çox ehtiyac duyulduğunu müəyyənləşdirmək baxımından mühüm rol oynayır. Rəsmi hissədən sonra sərgi zonası tələbələrin ixtiyarına verilib. “SOCAR”, “SOCAR Polymer”, bp, “Azercell”, “SOCAR Downstream”, “AzerGold”, “Azersun”, “TotalEnergies”, “EiGroup”, “Deloitte”, ABB, “Simbrella”, “Azerconnect”, SLB, “AzInTelecom”, “Bakı Metropoliteni” QSC, “EY Azerbaijan”, NORM, JOCAP və “Turan Drilling”, Möcüzə Dad şirkəti, Azərsun Holdinq də daxil olmaqla 40 şirkət sərgidə öz stendləri ilə təmsil olunub. Şirkət nümayəndələri fəaliyyət istiqamətləri, kadr seçimi zamanı üstünlük verdikləri keyfiyyətlər, mövcud vakansiyalar və təcrübə proqramları barədə iştirakçılara ətraflı məlumat veriblər. Sərgini ziyarət edən 500-dən çox tələbə və məzun şirkət nümayəndələrinə yaxınlaşaraq onları maraqlandıran suallara cavab alıb, əmək bazarının cari tələbləri, ixtisasyönümlü layihələr, iş və təcrübə imkanları ilə tanış olublar.Sərgi ilə paralel olaraq müxtəlif mövzularda informativ sessiyalar keçirilib. UFAZ-ın magistratura ixtisasları haqqında məlumat təqdim edilib. Dövlət Məşğulluq Agentliyi iştirakçılar üçün iki saatlıq səyyar konsultasiya təşkil edib. “AZCON Holding” isə “Rəqəmsal körpü” təcrübə proqramını auditoriyaya təqdim edib. Karyera sərgisi tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək və sənaye ilə daha sıx əlaqə yaratmaq məqsədilə mühüm platforma kimi dəyərləndirilib.

Qeyd edək ki, UFAZ-da 2021-ci ildən etibarən hər il Karyera sərgisi keçirilir. İlk sərgi UFAZ, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan-Fransa Ticarət Palatası və Azərbaycan-Fransa Məzunları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 2022-ci ildə sərgi növbəti dəfə keçirilərək regional və beynəlxalq şirkətləri UFAZ-da tələbələrlə bir araya gətirib. 2023-cü ildə keçirilən sərgidə 40-dək şirkət stendləri və təqdimat sessiyaları ilə iştirak edib. 2024-cü ildə isə ənənəvi Karyera Sərgisi UFAZ-ın Karyera Mərkəzi və ADNSU-nun Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see362

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see145

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see136

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see135

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see125

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri