Icma.az
close
up
RU
UFC əfsanəsi ilə döyüşəcək Fiziyev həyatının şansı

UFC əfsanəsi ilə döyüşəcək Fiziyev həyatının şansı

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Oktyabrın 11-də Rio-de-Janeyroda keçiriləcək UFC-nin böyük turnirinin əsas qarşılaşmasında yüngül çəkidə keçmiş çempion Çarlz Oliveyra və reytinqin 10-cu pilləsində qərarlaşan Rafael Fiziyev üz-üzə gələcəklər.

İdman.biz xəbər verir ki, Sport24.ru saytının təqdim etdiyi yazıda Azərbaycanlı döyüşçü üçün bu qarşılaşmanın karyerasının ən böyük fürsəti olduğu qeyd edilib.

Belə ki, bu döyüş onu titul mübarizəsinə bir addım daha yaxınlaşdıra bilər. Halbuki bir müddət əvvəl belə ssenarini təsəvvür etmək də çətin idi.

2022-ci ildə Fiziyev – 6 döyüşlük qalibiyyət seriyası, bir neçə parlaq çıxışa görə bonuslar və perspektivlə reytinqin 7-ci pilləsində idi. Amma 2025-ci ilin aprelində o, ilk onluqdan kənarda, 3 ardıcıl məğlubiyyət yaşamış və ağır zədədən sonra yenicə oktaqona qayıtmış bir döyüşçü idi. Onun "qara zolağı" 2023-cü ilin yazında, Castin Qetjiyə hakimlərin qərarı ilə məğlub olduğu döyüşdən sonra başladı. Rəqib keçmiş müvəqqəti çempion və UFC-nin ulduz döyüşçülərindən biri idi. Rafaelin bir qədər bəxti gətirmədi, amma bu məğlubiyyət onu tam olaraq geriyə atmırdı.

Əsl geriləmə həmin ilin sentyabrında Mateuş Qamrota qarşı döyüşdə baş verdi. Fiziyev bu dəfə diz bağlarının qopması səbəbilə döyüşü vaxtından əvvəl dayandırmalı oldu. Zədə çox ciddi idi və onu il yarım arenalardan uzaqlaşdırdı.

Rafael yalnız 2025-ci ilin martında geri döndü. UFC ona Den Hukerin yerinə həmin Qetjiyə qarşı döyüş təklif etdi. Fiziyev bu fürsəti qaçırmadı. Yenə də üç raund davam edən qarşılaşmaya yaxşı başlasa da, döyüşün ortalarına doğru üstünlüyü itirdi və yenidən hakimlərin qərarı ilə uduzdu.

Bütün bunlar onun titul yarışından birdəfəlik uzaqlaşdığı təəssüratını yaratsa da, 2025-ci ilin iyununda Bakıda keçirilən UFC turnirində Fiziyev vəziyyəti dəyişdi. Gənc və perspektivli döyüşçü İqnasio Bahamondeslə qarşılaşan Rafael çoxlarının onun məğlub olacağını düşündüyü qarşılaşmada əla performans göstərərək üç raundda üstünlük qazandı.

İndi isə UFC-nin rəsmi açıqlamasına görə, Fiziyev oktyabrın 11-də Çarlz Oliveyra ilə döyüşəcək. Bu döyüş onun üçün yalnız reytinqdə irəliləmək deyil, həm də çempionluq döyüşünə yaxınlaşmaq üçün unikal fürsətdir. Niyə məhz Oliveyraya rəqib olaraq Fiziyev seçildi – bunu dəqiq bilmək çətindir, amma görünən odur ki, bu döyüş onun əvvəlki uğursuzluqlarına taleyin cavabıdır.

Oliveyra son dəfə 2025-ci il iyunun 28-də UFC 317 turnirində İliya Topuriya ilə çempionluq döyüşünə çıxmış, birinci raundda nokauta düşmüşdü. Bu nəticə onun hazırda fiziki baxımdan əvvəlki səviyyədə olmadığını göstərir. Üstəlik, 35 yaşı var və bu, döyüşçü üçün ən yaxşı yaş dövrü deyil. Amma Oliveyra UFC tarixinin ən güclü yüngül çəkililərindən biri hesab olunur. O, bir ildən çox UFC çempionu olub və Dastin Porye, Qetji, Maykl Çendler, Toni Fergüson kimi ulduzları məğlub edərək 11 döyüşlük qalibiyyət seriyası ilə zirvəyə qalxıb.

2022-ci ilin payızında o, İslam Maxaçova uduzduqdan sonra karyerasında geriləmə başlayıb. O vaxtdan bəri 4 döyüş keçirib, onlardan ikisində məğlub olub (o cümlədən Topuriyaya). Hazırda isə Oliveyra reytinqdə 4-cü yeri tutur və hələ də dünyanın ən güclü yüngül çəkili döyüşçülərindən biri sayılır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri