Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

UĞUR 777 də Hepatit C virusuna yoluxma olub: Bir şpris bir neçə xəstədə istifadə edilibmiş

UĞUR 777 də Hepatit C virusuna yoluxma olub: Bir şpris bir neçə xəstədə istifadə edilibmiş

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün burada əməliyyat olunan Ceyhunə Fərəcova Hepatit C virusuna yoluxub.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, un məlumatına görə, bu sözləri həmin mərkəzlə bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəmə prosesində zərərçəkən Ceyhunə Fərəcova söyləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ceyhunə Fərəcova bildirib ki, "Uğur 777" adı ilə faəliyyət göstərən estetik mərkəz barədə sosial şəbəkədən məlumat alıb:
"2023-cü ildə gözümün üstünə gel vurdurmaq üçün həmin estetik mərkəzə müraciət etdim. İlk dəfə gedəndə məni özünü həkim kimi təqdim edən Murad Bağırov qarşıladı və Xəyalə İsmayılovanın otağına apardı. 400 manat ödəniş etdikdən sonra əməliyyatı icra etdilər. Axşam saat 11-dən gecə 1-dək Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva məni əməliyyat etdilər. Onlar mənə əvvəlcə gel olmadığını bildirdilər. Sonra Murd Bağırov haradansa gel gətirdi. Əməliyyat otağından pis qoxu gəlirdi. Nəyisə qaynadıb gətirdilər. Xəyalə ilə Rəsmiyyə əməliyyata başladı, geli vura bilmədikləri üçün köməyə Muradı çağırdılar".
 

Zərərçəkən Ceyhunə Fərəcovanın sözlərinə görə, həmin mərkəzdə ikinci dəfə əməliyyat olunmaq üçün 750 manat ödəyib, vəsaitin qalanı üçün zinət əşyasını girov qoyub.


Zərərçəkən bildirib ki, əməliyyatdan sonra onda qızdırma müşahidə olunub. O bunu Xəyalə İsmayılovaya bildirib. Sonuncu da onun temperaturunun qalxmasının normal olduğunu, zamanla düzələcəyini söyləyib.
"Əməliyyat olunduğum gündən bu günə qədər həkimlərdəyəm. Bədənimə çirk yığılıb, hələ də sağalmamışam. Həkimlərə müarciət edirəm, sağaltmaq üçün 30-40 min manat pul istəyirlər. Əməliyyatdan 6 ay sonra digər klinikaların birində analiz verərkən məndə Hepatit C virusunun olduğu aşkarlandı. Həkimlər bu virusa yeni yoluxduğumu bildirdilər. Əməliyyat olunduğum estetik mərkəzdə bir şprisi bir neçə xəstədə istifadə edirdilər. Düşünürəm ki, bu virusa həmin vaxt yoluxmuşam. Əməliyyatdan əvvəl analiz vermişdim. O zaman qanımda Hepatit C virusu aşkarlanmamışdı", - Ceyhunə Fərəcova söyləyib.

O qeyd edib ki, səhhətindəki problemlər aşkarlanandan sonra bunu onu əməliyyat edən şəxslərdən biri Xəyalə İsmayılovaya bildirib. Xəyalə İsmayılova isə ona "hara istəyirsən, şikayət edə bilərsən" deyib.
Qeyd edək ki, 2025-ci ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə məlumat və videogörüntülər yayılıb. Sözügedən məlumatlarla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı məlum olub ki, Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan "UĞUR 777" estetik mərkəzi qanunsuz fəaliyyət göstərib. Həmçinin orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində müxtəlif yoluxucu xəstəliklərin yayıldığı məlum olub.
 

İttihamda qeyd olunub ki, zərərçəkən Ceyhunə Fərəcova bu mərkəzdə əməliyyat zamanı Hepatit C virusuna yoluxub.


Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirməkdə ittiham olunurlar.
Araşdırmalar zamanı onların müvafiq ali və ya orta ixtisas tibbi təhsili, "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri"nin olmadığı da müəyyən edilib.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanıb.


Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri