Icma.az
close
up
RU
Uğurlar artdıqca, problemlər azalır

Uğurlar artdıqca, problemlər azalır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Masallının hərtərəfli inkişafı bu həqiqəti təsdiqləyir

Masallı respublikamızın cənubunda əsrarəngiz təbiətə, füsunkar gözəlliyə malik bir diyardır. Son illər rayon mərkəzinin, qəsəbə və kəndlərin siması xeyli dəyişib. Yaşıllığa bürünmüş prospekt və parklar, asfalt döşənmiş səliqəli küçələr, müasir memarlıq xüsusiyyətləri ilə seçilən binalar, çoxlu yeni sosial obyektlər Masallı şəhərinə xüsusi gözəllik verir.

Masallı həm də dövlətçiliyə sadiq zəhmətkeş, halal, qədirbilən insanları ilə tanınır. Masallılılar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf strategiyasına sadiq qalaraq qurub yaradır, müstəqil Azərbaycanın inkişafına dəyərli töhfələr verirlər.

Bu yurdun igid, qeyrətli oğulları Vətənin ən çətin, ağır günlərində ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxaraq hünər, qəhrəmanlıq, rəşadət nümunəsi göstəriblər. Birinci Qarabağ müharibəsində Masallı rayonu 186 şəhid, Vətən müharibəsində 62, antiterror əməliyyatları zamanı 8 şəhid verib. Birinci Qarabağ savaşında Səfəralı Məmmədov, Elşad Əhədov və Elşad Hüseynov Milli Qəhrəman, 44 günlük Vətən müharibəsində İntiqam Əsgərli Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Rayonda 256 şəhid ailəsi, 260 müharibə əlili, 1984 müharibə iştirakçısı var. Rayonda şəhid ailələri, müharibə iştirakçıları və əlillər xüsusi qayğı ilə əhatə olunub. Rayon rəhbərliyi bu qəbildən olan ailələrlə müntəzəm əlaqə saxlayır, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarının tibbi müayinəsi, dərman preparatları ilə təminatı, məişət problemlərinin həllinə qədər rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bu barədə Masallı Rayon İcra Hakimiyyətində keçən ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında da ətraflı söhbət açılıb.

Ötən il 1 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Hazırda daha 2 şəhid ailəsi üçün fərdi ev inşa edilir. Keçən il 1 şəhid ailəsinin evi tam təmir olunub, 3 şəhid ailəsinin evində isə təmir işləri davam etdirilir. 18 şəhid ailəsinə, 2 müharibə əlilinə və qazilərə tikinti materialları ilə kömək göstərilib. İl ərzində 55 şəhid ailəsinə mütəmadi maddi yardımlar olunub. Ümumilikdə, keçən il şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına 56 min 964 manat məbləğində maddi yardım edilib.

Şəhid adlarını daşıyan küçələrə asfalt örtük çəkilərək əsaslı təmir edilib. 2025-ci ildə 17 şəhidin adının əbədiləşdirildiyi küçəyə və şəhid ailələrinin yaşadıqları küçələrə 348 min manat dəyərində 25 min kvadratmetr asfalt örtüyü çəkilib. Şəhid ailələrinin yaşadıqları küçələrə 24 min manat dəyərində qum-çınqıl tökülərək cari təmir edilib. Son 3 ildə şəhid adlarını daşıyan və şəhid ailələrinin yaşadıqları 97 küçəyə ümumi uzunluğu 37 kilometr, dəyəri 1 milyon 500 min manat olmaqla 127 min kvadratmetr asfalt örtük çəkilib.

Viləş kənd sakini, iki şəhid anası Ziba Əsgərova deyir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının işçiləri, ictimaiyyətin nümayəndələri şəhid övladlarım İntiqam və Nurlanın anım mərasimlərində, ad günlərində şəxsən iştirak edib, ailəmizin qayğıları ilə maraqlanıb və məzarlarını ziyarət ediblər. RİH başçısı dövlət və milli bayramlarda, əlamətdar tarixi günlərdə də şəhid və müharibə əlillərinin ailələrinə baş çəkir, ehtiyacı olanlara maddi yardım göstərir.

Ölkə rəhbərinin əzmlə, yüksək işgüzarlıqla davam etdirdiyi islahatlar, dövlət proqramları Masallı rayonunun iqtisadiyyatında yeni nailiyyətlərin əldə olunmasına zəmin yaradıb. 2025-ci il rayonda uğurlu il kimi yadda qalıb. Ötən il rayonda məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 460, 8 milyon manat olub. Adambaşına düşən pul gəlirləri 2 min 21 manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 648,2 manata çatdırılıb.

İl ərzində rayonda 83,9 milyon manatlıq məhsul istehsal edilib. Kənd təsərrüfatı məhsullarının həcmi 2,5 faiz, əhaliyə göstərilən xidmətlərin həcmi 9,1 faiz, orta aylıq əməkhaqqı 8,4 faiz artıb. İqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 611 milyon 782 min 500 manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 5,4 faiz artım deməkdir. Masallı Sənaye Məhəlləsində mebel, taxta məmulatları, tikinti materialları və digər sahələr də daxil olmaqla 7 sahibkarlıq subyekti fəaliyyət göstərir.

Yola saldığımız ildə 13 min 418 hektar payızlıq, 4 min 196 hektar sahədə yazlıq bitkilər əkilib. 10 min 431 hektar taxıl sahəsindən 24 min 814 ton məhsul yığılıb. Hektardan 22,3 sentner arpa, 24,4 sentner buğda istehsal edilib. Fermerlər 922 hektar sahədə kartof əkib, orta məhsuldarlıq 17-18 ton olub. Bəzi fermerlər məhsuldarlığı 30-35 tona çatdırıblar.

Keçən il 179,3 hektar sahədə çəltik əkilib. Əkin işləri ənənəvi səpmə üsulu və müasir aqreqatla aparılıb. Çəltikçilikdə orta məhsuldarlıq 35,7 sentner təşkil edib. Bundan əlavə, rayonda 109,5 hektar çay, 392,2 hektar çiyələk və 150,7 hektar intensiv sitrus bağı vardır. Mahmudavar və Tüklə kəndlərində sahibkarlar şəxsi vəsaitləri və lizinq yolu ilə çay emal müəssisələri qurublar. Cari ildə bu müəssisələrdə çay emalına başlanılacaq. Aqrar sahənin inkişafı ilə əlaqədar 3 ümumrayon müşavirəsi keçirilib. Kənd təsərrüfatında görülmüş işlər geniş müzakirə olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatınının yaxşılaşdırılması, sosial problemlərin həllinin sürətləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

Əldə edilən uğurlar heç də arxayınçılıq yaratmır. Cari ildə masallılıları daha böyük işlər gözləyir. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi, bütün sahələrdə tərəqqi və yüksəlişin təmin olunması məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri