Icma.az
close
up
RU
Diplomatik uğurlar ili...

Diplomatik uğurlar ili...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ildə xarici siyasət kursumuz nə ilə yadda qaldı?

2024-cü ilin bitməsinə sayılı günlər qalıb. Bu il ölkəmiz üçün bir çox mənalarda həm yaddaqalanlığı ilə seçildi, həm də uğurların sayına görə əvvəlkilərdən kəskin şəkildə fərqləndi. Bir məqamı qeyd etmək kifayətdir ki, Azərbaycanın 2024-cü ildə beynəlxalq aləmdəki nüfuzu daha da artdı - ölkəmiz COP29 kimi qlobal və nüfuzlu bir tədbirə ev sahibliyi etdi. Rəsmi Bakı bütün dünyaya gələcək “yaşıl hədəf”lərin müzakirəsi üçün geniş platforma yaratdı.

Arxada qoymağa hazırlaşdığımız ildə xarici siyasət sferasındakı nailiyyətlərimiz də böyükdür. İl ərzində Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrilib. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, görüşləri və bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb. İmzalanan çoxsaylı sənədlər, memorandumlar, qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edən bəyannamələr Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artırıb.

Xarici səfərlər: Azərbaycan beynəlxalq aləmdə yaxın tərəfdaş kimi qəbul edilir

İlk olaraq qeyd edək ki, Azərbaycan Prezidenti 2024-cü ildə bu günə kimi 15 xarici səfər edib:

- 16 Fevral Almaniya: Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün;

- 18 fevral Türkiyə: Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər;

- 22 aprel Rusiya: Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər;

- 25 aprel Almaniya: Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün;

- 7 iyun Misir: Misir Ərəb Respublikasına rəsmi səfər;

- 10 iyun Türkiyə: Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər;

- 3 iyul Qazaxıstan: Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün;

- 11 iyul Pakistan: Pakistan İslam Respublikasına dövlət səfəri;

- 18 iyul Böyük Britaniya: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün;

- 8 avqust Qazaxıstan: Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün;

- 22 avqust Özbəkistan: Özbəkistan Respublikasına dövlət səfəri;

- 4 sentyabr İtaliya: İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər;

- 7 oktyabr Rusiya: MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün;

-  23 oktyabr Rusiya: Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün;

- 6 noyabr Qırğızıstan: TDT 11 Zirvə görüşü.

Ümumiyətlə, Azərbaycan Prezidenti İlham Əliyev il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərdə olub. Bu səfərlər zamanı Azərbaycan ilə müvafiq dövlətlər arasında siyasi, iqtisadi-ticari, kommunikasiyalar, mədəniyyət, elm-təhsil və digər sahələrə aid mühüm sənədlər imzalanıb, Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar və ölkəmizin geosiyasi rolu məsələləri müzakirə olunub. Azərbaycan Prezidentinə Kazan şəhərində Tatarıstanın ali dövlət mükafatı olan “Dostluq” ordeni, Bişkekdə isə “Çingiz Aytmatov” ordeni təqdim olunub. Bu mükafatlar dövlətimizin başçısının beynəlxalq əlaqələrdəki uğurlarının və regionlararası əməkdaşlığa, mədəniyyətlərarası dialoqun inkişafına, humanist dəyərlərin təbliğinə verdiyi töhfələrin əyani təsdiqi, beynəlxalq səviyyədə böyük hörmətin və ehtiramın ifadəsidir.

Diqqət yetirsək, bu səfərlərin mühüm əksəriyyəti məhz qlobal miqyaslı tədbirlərdə iştirak etmək üçün reallaşdırılıb. Bu isə ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin, Azərbaycanın xarici sferada etibarlı tərəfdaş qismində qəbul edilməsinin göstəricisidir. Dövlətimizin başçısının cari ildə ilk xarici səfəri qlobal Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə reallaşıb - üç gün davam edən səfər çərçivəsində Azərbaycan Prezidenti 24 görüş keçirib. Bu görüşlərin məhz qarşı tərəflərin müraciətlərinə əsasən keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və təşəbbüslərinin qlobal miqyasda qəbul edilməsinin göstəricisidir. Görüşlərdə Azərbaycanın sülh təşəbbüsləri, enerji təhlükəsizliyindəki rolu və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Həmin görüşlərdən biri də Ermənistanın baş naziri ilə ikitərəfli görüşdür ki, burada iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Prezident İlham Əliyevin Münxen səfəri Azərbaycan diplomatiyasının qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Beynəlxalq sənədlər: Bakının artan nüfuzu regionda mövqelərin uzlaşdırıcısı kimi əhəmiyyəti yüksəldir

2024-cü il Azərbaycanın qlobal əməkdaşlıq müstəvisindəki real və fəal addımları ilə də yadda qalıb. Ölkəmiz il ərzində bir çox ciddi strateji əlaqələrin qurulması istiqamətində sənədlər imzalayıb.

- Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” imzalanıb;

- Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalanaıb;

- Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalanıb;

- Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb;

- İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub;

- İyulun 6-da Şuşada baş tutmuş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində TDT üzvü ölkələr tərəfindən “Qarabağ Bəyannaməsi” imzalanıb;

- Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb.

İmzalanan müqavilələr ayrı-ayrılıqda ölkəmizin beynəlxalq siyasi arenadakı mühüm və strateji göstəricisi kimi çıxış etməkdədir. Məsələn, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə nəzər saldıqda, sənədin iki ölkə arasındakı münasibətlər sisteminin bütün sferasını əhatə etməsi diqqəti cəlb edir. Burada siyasi - iqtisadi bloklar, ikitərəli münasibətlərin möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminə baxış, qlobal proseslərdə əməkdaşlıq, maraqların uzlaşdırılması, qarşılıqlı şəkildə dövlət mənafeyinin qorunması və ən əsası təhlükəsizlik kimi strateji məqamlar yer almaqdadır. Sənəddə bildirilir ki, hər iki ölkə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi də öz növbəsində Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Eyni zamanda, Şuşada imzalanan “Qarabağ Bəyannaməsi” də özünün miqyası və strateji əhəmiyyətinə görə seçilir. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Bəyannamədə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyulur. Vurğlanmalıdır ki, bu strateji əhəmiyyətli planlar və perspektivlər məhz Azərbaycanın bölgədə formalaşdırdığı təhlükəsizlik arxitekturasına, yeni siyasi-iqtisadi reallıqlara əsaslanır.  Eyni zamanda, Azərbaycanın artan nüfuzu ölkəmizin regionda mövqelərin uzlaşdırıcısı kimi əhəmiyyətini də yüksəldib.

Sülh yolunda: İkitərəfli görüşlər, nəticələr, uğurlar...

2024-cü ilin siyasi yekunlarına, xüsusilə xarici siyasət sferasındakı uğurlara nəzər salan zaman, ən mühüm məsələ - Ermənistan ilə Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi, başqa sözlə sülh prosesi diqqətdən yayına bilməz. 2024-cü il bu mənada, xüsusilə dönüş ili kimi yadda qalacaq - məhz, bu il ərzində Ermənistan ilə ikitərəfli danışıqlar prosesinin əsası qoyuldu, iki dövlətin XİN başçıları arasında təkbətək görüşlər keçirildi, hər iki dövlətin müvafiq delimitasiya və demarkasiya komissiyalarının təmasları reallaşdı, hətta birgə Əsasnamə qəbul edildi. Aprelin 19-da isə tarixi razılaşma əldə olundu: delimitasitya komissiyaları arasında baş tutmuş 8-ci görüşdə tərəflər delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar. Başqa sözlə, keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kənd Azərbaycana qaytarıldı.

Paralel olaraq il ərzində sülh prosesi də mühüm bir yol qət edib - Azərbaycanın təşəbbüsü ilə ikitərəfli formata keçən görüşlər və təkliflərin mübadiləsi nəticəsində proses sona yaxınlaşır. Artıq 17 məsələdən 15-i ətrafında razılaşma əldə olunub. Bu isə 2025-ci ilin sülh ili olacağını deməyə əsas verir. Bunun üçün Ermənistanın siyasi manipulyasiyalardan əl çəkməsi. Siyasi qətiyyət nümayiş etdirməsi gərəkir...

Qonşularla münasibət: strateji məqamlar, əməkdaşlıqlar, regional təhlükəsizlik...

2024-cü ildə qonşu dövlətlərlə münasibətlər yüksək əməkdaşlıq ruhunda davam etdirilib. Cari il ərzində Azərbaycan region ölkələri ilə bir sıra əhəmiyyətli hadisələr və əməkdaşlıqlar həyata keçirib.

Rusiya ilə əlaqələr yüksək strateji əməkdaşlıq səviyyəsində davam etməkdədir. Vurğulandığı kimi il ərzində Azərbaycan Prezidenti 3 dəfə Rusiya Federasiyasında səfərdə olub. Bu səfərlər zamanı isə Cənubi Qafqazda Azərbaycanın əsas rol oynadığı yeni təhlükəsizlik sisteminin yaradılması, ikitərəli əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

İran ilə əlaqələrdə iqtisadi və mədəni sahələrdə əməkdaşlığın davam etdirilməsi müzakirə edilib. Xüsusilə enerji və nəqliyyat layihələrində birgə fəaliyyətlər həyata keçirilib.

Gürcüstan ilə münasibətlərdə il ərzində  ticarət və enerji sahələrində əməkdaşlıq gücləndirilib, regional layihələrdə birgə iştirak davam etdirilib.

Azərbaycanın strateji müttəfi olan qardaş Türkiyə ilə 2024-cü il ərzində strateji tərəfdaşlıq çərçivəsində bir sıra hərbi və iqtisadi layihələr həyata keçirilib, ortaq təlimlər və investisiya layihələri reallaşdırılıb.

Qonşu dövlətlərlə münasibətlərin inkişafı məsələsinə toxunduqda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) regional əməkdaşlıq platformasına toxunmamaq mümkün deyil. Bu ilin oktyabrın 18-də İstanbulda baş tutan platforma üzrə üçüncü birgə iclasda təhlükəsizlik (Terrorizm və narkotik qaçaqmalçılığı kimi regional təhdidlərə qarşı birgə mübarizə yolları nəzərdən keçirilib), iqtisadiyyat (Enerji sektorunda əməkdaşlıq və nəqliyyat-logistika məsələləri üzrə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub), humanitar əlaqələr (Mədəni mübadilələrin təşviqi və humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub) haqqında fikir mübadiləsi aparılıb. Toplantı iştirakçıları regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıblar.

Beləliklə, Azərbaycan 2024-cü ildə özünün xarici siyasətində mühüm və olduqca effektiv, davamlı xətti daha da inkişaf etdirib. Bu isə qarşıdan gələn 2025-ci il üçün olduqca böyük perspektivlər vəd edir...

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see281

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see154

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see150

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see146

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see130

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see129

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see123

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see121

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri