Icma.az
close
up
RU
Söz azadlığı və plüralizm: Uğurlar, problemlər, qadağalar...

Söz azadlığı və plüralizm: Uğurlar, problemlər, qadağalar...

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dünyamızda insan azdlıqlarının əsas tərkib hissəsi kimi söz azadlığının mövcudluğu və inkişafının öz aktuallığını qoruyub saxladığı heç kimə sirr deyil. Təsadüfi deyil ki, bütün dünyada istənilən dövlətin demokratik dəyərlərə verdiyi önəm ilk növbədə onun söz azadlığına olan münasibətilə ölçülür. Hansı ki, dünyamızda bütün digər məsələlər kimi söz azadlığına da yanaşmada ciddi fərqlər, kəskin müxtəlifliklər mövcuddur.

Söz azadlığı: Konsktitusyon hüquq və məsuliyyət...

Söz azadlığı dünyanın bir çox ölkəsi kimi Azərbaycanda da konstitusiya səviyyəsində təsbit edilən, çoxsaylı qanunlarla dəstəklənən başlıca demokratik hüquqlardan biridir. Qanun hər kəsə istənilən məsələ ilə bağlı öz fikrini azad şəkildə, hər hansı təzyiq və basqıya məruz qalmadan ifadə etməyə imkan verir. Bu mənada vətəndaşın səsləndirdiyi hər hansı fikir istənilən hökumət təmsilçisinin açıqlaması və ya yanaşması ilə üst-üstə düşməyə, hansısa qəlibləşən həqiqət və ya təsəvvürə uyğunlaşmaya bilər. Konstitusiya və qanun bu cür hallarda şəxs üçün hər hansı qadağa və ya məsuliyyət nəzərdə tutmur. Necə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində deyilir: “Hər kəsin fikir və söz azadlığı vardır”. Eyni maddənin ikinci bəndində isə vurğulanır ki, “heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”. Lakin bu yerdə  - 47-ci maddənin üçüncü bəndində daha bir vacib xatırlatma yer alır: “İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.

Göründüyü kimi, konstitusiya söz azadlığını şəxsin öz fikir və düşüncəsini azad şəkildə ifadə etməsi baxımından vacib sayır. Fəqət bu fikirlərin digər şəxslərin, yaxud toplumların hüquq və azadlığa qarşı yönəlməsini yolverilməz hesab edir. Bu qadağa digər vətəndaş və qrupların hüquqlarının müdafiəsi ilə yanaşı, cəmiyyətdə dincliyin və sabitliyin qorunması, milli və beynəlxalq həmrəyliyin təmini baxımından da olduqca vacibdir.

Bir sözlə, qanun bizə söz azadlığı versə də, bu azadlıqdan məsuliyyət hissi ilə istifadə etməyi “tövsiyyə edir” və “xatırladır ki” məlum azadlıq heç bir halda digər insanlar üçün məşəqqətə, iztirab və narahatlığa çevrilməməlidir.

Sosial platformalar bolluğu şəraitində söz azadlığı...

Çağdaş dönəmdə internetin hər kəs üçün əlçatanlığı, rəqəmsal platformaların rəngarəngliyi söz azadlığı və plüralizm imkanlarını da artırmaqdadır. Məhz bu səbəbdən də bu gün istənilən bir şəxs hər hansı media orqanına müraciət etmədən belə, öz fikrini müəyyən auditoriya qarşısında ifadə edə, hər hansı düşüncə və hadisəni digər insanlara, yaxud əlaqədar qurum və şəxslərə çatdıra blər. Bu, sosal platformaların müasir insana verdiyi ən böyük üstünlüklərdən biridir.

Lakin sosial platformalardan istifadə edərkən də qanunun aliliyinə hörmətlə yanaşmaq, digər vətəndaşların hüquqlarına hörmət etmək,  ictimai əxlaq və qanuna zidd açıqlamalara, hərəkət və ya davranışlara yol verməmək mütləqdir. Təsadüfi deyil ki, dünyanın bir sıra ölkələri kimi respublikamızda da sosial mediada qeyri-əxlaqi və ya qeyri-qanuni açıqlamalara, davranışlara yol verən şəxslər məsuliyyətə cəlb olunur, onların fəaliyyətinin daha böyük dağıdıcı təsirlərə səbəb olmasının qarşısı alınır. Xatırladaq ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sosial platformalarda, o cümlədən “TikTok”da qanun və əxlaqa zidd olan paylaşımlar edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi iş aparır ki, bu da cəmiyyət tərəfindən təqdirlə qarşılanmaqdadır. Vətəndaşlar haqlı olaraq hesab edir ki, kimsənin sosial şəbəkələrin imkanlarından əxlaqsız paylaşımlar etməsinə, toplum daxilində nifaq və qarşıdurmaya səbəb olacaq açıqlamalar səsləndirməsinə icazə verilməməli, bu cür halların qarşısı qətiyyətlə alınmalıdır.

Dövlətə və hökumətə münasibətdə tənqid faktoru: İlham Əliyevdən tarixi açıqlama...

Söz azadlığının əsas tərkib hissəsindən biri kimi tənqid hər bir cəmiyyətin inkişafında mühüm əhəmiyyətə malikdir. Lakin tənqid yalnız o zaman müsbət və yaradıcı olur ki, o, qərəzə, şəxsi mənafe və ambisiyalara deyil, ictimai mənafeyə, həqiqət və ədalətə xidmət etsin. Bu baxımdan, tənqidin hansı məqsədə xidmət etməsi və obyektivliyi olduqca önəmlidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzən müəyyən şəxs və qruplar söz azadlığı adı altında dövlətin özünü, onun təməllərini hədəf alır ki, bu da həm qanun, həm də mənəviyyat baxımından yolverilməzdir. Unutmaq olmaz ki, dünyanın istənilən ölkəsində qanun dövləti deyil, hökuməti tənqid etməyə icazə verir. Lakin istənilən tənqid kimi hökumətə ünvananan tənqid də ədalətli olmalı, ümumi fikirlərə deyil, konkret faktlara istinad etməlidir. Yeri gəlmişkən qeyd edək ki, tənqidi yanaşmaya ən ideal münasibəti Prezident İlham Əliyev ortaya qoyub.

Yada salaq ki, Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixində Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşündə vətəndaşlardan birinin “Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb” sözünə belə cavab verib: “Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar”.

Prezidentin bu yanaşması söz azadlığı və tənqidin qanuni-əxlaqi və mənəvi sərhədlərini müəyyənləşdirir. Və istənilən tənqid yalnız bu sərhədlər çərçivəsində doğru, ədalətili və faydalıdır.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 İyun 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri