Icma.az
close
up
RU
Uğurlardan yazmaq qüruru

Uğurlardan yazmaq qüruru

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gələcəkdə Azərbaycanın qazandığı uğurların səbəblərini araşdıracaq müxtəlif beyin mərkəzlərinin, sosioloji tədqiqat qurumlarının, eləcə də ayrı-ayrı ekspertlərin eyni məntiqi nəticəyə gələcəklərini indidən əminliklə söyləyə bilərik.

Nəticə ondan ibarət olacaq ki, Azərbaycan diplomatik münasibətlərdə olduğu ölkələrlə, əməkdaşlıq etdiyi transmilli korporasiyalarla, birgə layihələrlə çıxış etdiyi tərəfdaşları, eləcə də bütün qonşuları ilə ədalətli və səmimi davranır. Bəli, uğur şəraitdən asılı olmayaraq, hər zaman verilən sözə əməl ediləndə, tərəf-müqabillə ədalətli və dürüst davrananda qazanılır. Azərbaycanın qazandığı böyük uğurların memarı isə sözü və əməli daim üst-üstə düşən Prezident İlham Əliyevdir. Bu uğurlara sevinmək nə qədər xoşdursa, onları qələmə almaq bir o qədər qürurvericidir.

Bu düsturu cənab Prezidentin dilindən dəfələrlə eşitmişik. Elə bir il bundan əvvəl ADA Universitetində səslənən suala verdiyi cavab da bunun əyani sübutu idi: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır. Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik. Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən “sürpriz”lər olmayacaq”.

Bu sətirləri qələmə alanda yadımıza 2020-ci ilin yanvar ayında Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyevə moderatorun verdiyi suala dövlət başçımızın cavabı düşür. Sual belə idi: “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” Cənab Prezident bu suala fikirləşmədən “Bakıya” cavabını verdi.

Mükəmməl cavabdır. Bakı İlham Əliyev üçün, sadəcə, Azərbaycanın paytaxtı deyil, ölkənin döyünən qəlbi, xalqın qibləgahı, dünyaya sülh və əməkdaşlıq mesajlarının verildiyi məkandır. Üstündən beş il keçəndən sonra bu sual-cavabı təkrar oxuyanda bir daha əmin oluruq ki, Cənubi Qafqazda söz və güc sahibinə çevirdiyi Azərbaycanı canından çox sevən strateq-diplomat Prezident İlham Əliyevin atdığı hər bir addımı sərrast və dəqiqdir. O, bu cavabı verəndə hələ 44 günlük müharibə, daha sonra bir sutkalıq antiterror tədbirləri, Qarabağ iqtisadi rayonunun separatçılardan təmizlənməsi baş verməmişdi. Yəni Azərbaycan liderinin hərbi-siyasi uğurlarının seriyası, zəfərlərinin paradı hələ irəlidə idi. İlham Əliyevin o cavabı özündə heç kimdən asılı olmayan Azərbaycanın milli maraqlarının daim uca tutulduğu siyasət yürütməsinin parlaq nümunəsini ehtiva edirdi.

* * *

Bunu isə Prezident İlham Əliyev 2025-ci il yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində söyləyib: “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.

Davosda Çinin CGTN telekanalına müsahibəsində dövlətimizin başçısının ölkəmizə qarşı “soyuq müharibə” cəbhəsi açmış bəzi ölkələrə göndərdiyi ciddi mesajları xatırlatmaq istərdik. Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, biz də onlara qarşı eyni tədbirləri görürük, amma heç vaxt qırmızı xətləri keçmirik: “İyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

* * *

Nəyi, nə zaman və necə edəcəyini dəqiq müəyyənləşdirməyi bacaran cənab Prezident bugünədək beynəlxalq hüququn norma və prinsiplərini pozacaq heç bir addım atmayıb. İlham Əliyev 2023-cü ilin sentyabrında o cür gərgin və sürətli lokal antiterror tədbirinin gedişində belə erməni əhalisinin Azərbaycana reinteqrasiyası üçün əlindən gələn hər şeyi etdi. Buna qədər isə Qarabağı tərk etmələri barədə çağırışlarına məhəl qoymayan separatçıların özbaşınalıqlarına səbr və təmkinlə yanaşdı. Amma bundan İrəvanın və onun xaricdəki dəstəkçilərinin sui-istifadə etdiklərini görəndə ən doğru addımı atdı – 23 saata separatçıları və Ermənistan ordusunun tör-töküntüsünü Qarabağdan birdəfəlik təmizlədi. Qürurverici amil odur ki, Azərbaycan Prezidenti yenə də məsələni öz gücü, qətiyyəti və qüdrəti hesabına həll etdi. Bu zaman heç bir beynəlxalq hüquq normalarını pozmadan, ədalətli mövqeyindən çıxış edərək, Azərbaycanı istəyinə qovuşdurdu və bununla da ölkəmizin suverenliyi, təhlükəsizliyi təmin olundu.

Yazımızın sonunda bir daha Azərbaycan Prezidentinin nitqindən iqtibas gətirməyi zəruri saydıq: “Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır!”

Qürur doğuran sözlərdir. Bəli, türk qövmü tarix boyu kimsəyə baş əyməyib, bundan sonra da əyməyəcək. Çünki buna mənsub olduğumuz mədəniyyət, bizi ayaqda saxlayan milli-mənəvi dəyərlər və rəhbərə olan güvəncimiz yol verməz.

Bu gün sizə şəxsiyyəti liderə çevirən bütün yüksək keyfiyyətlərə – dərin intellektə, diplomatik fəhmə, xüsusi natiqlik qabiliyyətinə, sərkərdəlik məharətinə malik İlham Əliyevin bənzərsiz siyasi qətiyyətinin, zəfər strategiyasının bəzi məqamlarından qısaca söz açdıq. Liderin növbəti uğurlarını qürurla qələmə almaq ümidi ilə...

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri