Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Uğurlu gənclər siyasəti gələcəyin zəmanətidir ŞƏRH

Uğurlu gənclər siyasəti gələcəyin zəmanətidir ŞƏRH

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Gənclər siyasəti milli inkişafın tərkib hissəsi kimi strateji əhəmiyyətə malikdir. Belə ki, uğurlu gənclər siyasəti gələcəyə milli sərmayədir. Nəzərə alsaq ki, uzunmüddətli milli inkişafın təmin edilməsi baxımından gənclər gələcək innovator və liderlərdir, bu sahədə əldə edilən istənilən uğur davamlı milli inkişaf üçün sabit intellektual baza təmin edir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, effektiv gənclər siyasəti eyni zamanda milli kimlik hisslərinin formalaşmasına zəmin yaradır: "Belə ki, gənc nəslə düzgün dəyərlər, qanunun aliliyi hissi və sosial məsuliyyət hissi aşılamaq, sağlam vətəndaş mədəniyyəti formalaşdırmaq üçün istiqamət verilir. Xüsusilə dil, mədəniyyət və tarix təhsili sahəsində gənclər siyasəti milli mədəniyyətin və kimliyin qorunmasına, dəyərlərin təhrif olunmasının qarşısını almağa kömək edir. Qloballaşma, rəqəmsallaşma və sürətli dəyişikliklər kontekstində gənclərin düzgün yönləndirilməsi daha vacibdir. Azərbaycanda da gənclər siyasəti hər zaman prioritetdir. Təsadüfi deyil ki, Azərbaycan bu sahədə bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb.

Belə ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra - BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə - 12 avqust Beynəlxalq Gənclər Günü elan edilib.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkədə ardıcıl gənclər forumları keçirilməyə başladı.

Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. “Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”, - deyən Ulu Öndərin imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadrlar kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər davam etdirilir.
Bu gün Azərbaycan gəncləri yüksək intellektə, müasir dövrün texnoloji imkanlarından düzgün və çevik istifadə etmək bacarığına malikdir.

Gənclərin idarəçilik sisteminə cəlb olunması, liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün davamlı layihələr həyata keçirilir. “Yüksəliş” müsabiqəsindən çıxan bir çox gənc artıq bu etimadı doğruldub. Azərbaycan gənclərinin fəaliyyətinin stimullaşdırılması, onların elmi və yaradıcılıq potensialının düzgün yönəldilməsi məqsədilə dövlət proqramları icra olunub və bu proses davam edir. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb.

Məhz bunların nəticəsidir ki, ölkəmizin daxili və xarici siyasətinin həyata keçirilməsində gənclərimiz bu gün fəal rol oynayırlar. Bütün sahələrdə idman, mədəniyyət, iqtisadiyyat, ictimai fəaliyyət sahəsində onlar aktiv iş görürlər, ölkəmizi uğurla təmsil edirlər. Təsadüfi deyil ki, 2013-cü ildən ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib və hər il müxtəlif fəaliyyət sahələrində xüsusi fərqlənən istedadlı gənclərimiz bu mükafata layiq görülürlər.
Gənclərimiz həm də dünyada öz cəsarəti və vətənpərvərliyi ilə seçilir.

Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi ərazi bütövlüyümüzün, sərhədlərimizin müdafiəsi uğrunda canını fəda etməyə hazırdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, heç vaxt Qarabağı görməyən, amma Qarabağ uğrunda, Vətən uğrunda ölümə getməyə hazır olan gənclər yetişib.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qalib ölkənin vətəndaşı kimi gənclərimizin qarşısında yeni vəzifə və hədəflər müəyyənləşib. Prezident İlham Əliyevin də söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar”.

Azərbaycan gəncliyi bu gün həm də informasiya müharibəsinin ön cəbhəsindədir. Birgə səylər nəticəsində Azərbaycan informasiya məkanında da üstünlük əldə edir. Bu gün Azərbaycan gəncliyinin uğurları bir daha təsdiqləyir ki, gənclər siyasəti strateji baxımdan dövlətin təhlükəsizliyi, inkişafı və gələcək uğurları üçün əsas sütunlardan biridir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Fevral 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri