Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Uğurlu idarəetmə və İlham Əliyev təcrübəsi

Uğurlu idarəetmə və İlham Əliyev təcrübəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

I MƏQALƏ

Sürətli dəyişmələr dönəmində insanlar identiklik boşluğuna düşürlər. Bu zaman onların radikal alternativlər təklif edən liderlərə ehtiyacları artır.
Rocer İTVEL,
Avropa siyasəti üzrə professor

Azərbaycan Prezidentinin dövlət başçısı və lider kimi fəaliyyəti uzun müdətdir ki, fəlsəfi və politoloji fikrin diqqət mərkəzindədir. İlham Əliyev Prezident kimi fəaliyyəti müddətində təhlilinə ciddi ehtiyacı olan proqramlar həyata keçirmişdir. Azərbaycan liderinin əldə etdiyi nailiyyətlər, faktiki olaraq, postsovet məkanında oxşarı olmayan hadisədir. Əlbəttə, bununla bağlı geniş təhlillər həm fəlsəfi, həm də politoloji kontekstdə aparılır və bu proses davam edəcəkdir. Çünki Prezident İlham Əliyevin reallaşdırdığı siyasi kurs müasir mərhələdə hər bir müstəqil dövlət üçün əhəmiyyətlidir və faydalı təcrübədir. Biz bu tezisdən çıxış edərək, artıq dövlət idarəedilməsində və siyasi ldierlikdə İlham Əliyev təcrübəsindən danışa bilərik.

Öncə “İlham Əliyev təcrübəsi” ifadəsinin siyasi izahını verməyə çalışaq. Məsələ ondan ibarətdir ki, istənilən dövlət başçısı və siyasi liderin elmi səviyyədə təcrübəsindən bəhs etmək üçün bir neçə şərt ödənməlidir.

Burada uğurlu olmaq kiafəyətedici kriteriya deyildir, lakin o olmasa, ümumiyyətlə, müsbət mənada idarəetmə və liderlik təcrübəsindən danışmaq mümkün deyil. Deməli, uğurlu olmaq idarəetmədə və liderlikdə təcrübə “sahəsinin sərhədlərini” müəyyən edir.

Buna müasir fəlsəfədə “tezaurus” deyilir, yəni, seçim etmək üçün mövcud variantların bir məkanı vardır. Həmin məkan seçim diapazonunu, üsulunu və konkret hansı faktorları seçmək imkanının olduğunu müəyyən edir.

Bu ümumi fəlsəfi anlamı konkret “siyasi liderin təcrübəsi” ifadəsinə reduksiya (müncər etmə) etsək, alırıq ki, siyasi təcrübənin özünəməxsus təşkili qaydası, məzmunu və siyasi funksiyası mövcuddur. Belə bir baxış bucağının işığında “Azərbaycan Prezidentinin təcrübəsi” ifadəsini tam əminliklə politoloji dövriyyəyə daxil edə bilərik.

Təcrübənin tezaurus sahəsi

Azərbaycanın dövlət başçısının 21 illik fəaliyyətində konkret tezaurus sahəsi (və ya məkanı) formalaşmışdır. Onun səlis seçim diapazonu, seçim üsulu və hansı faktorları seçmək özəlliyi vardır. Bu təcrübə hazırda milli və regional miqyası aşaraq, qlobal səviyyədə dərk edilməli və praktiki tətbiqə layiq bir fenomenə çevrilmişdir.

Təcrübənin seçim diapazonu

Dövlət başçısı və xalqın liderinin təcrübəsinin seçim diapazonu müstəqil milli dövlət quruculuğu fəlsəfəsinin sərhədləri əsasında müəyyən edilir. Bunun siyasi anlamı ondan ibarətdir ki, İlham Əliyevin istənilən situasiyada seçim variantları milli müstəqil dövlətçilik, milli maraqlar və mənafelərin hüdudunu aşmır.

Təcrübənin seçim üsulu

İlham Əliyevin dövlət başçısı və lider kimi seçim üsulunun təməlində bir neçə kriteriya dayanır – ədalətlilik, azərbaycançılıq, multikulturalizm, hüquqilik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlığın təmini.

Diqqətə almaq gərəkdir ki, bu nəzəri faktorlar İlham Əliyevin fəaliyyətində daima praktiki təsdiqini tapır. Bu məqam XXI əsrdə real siyasi fəaliyyətin qalıcı təcrübəyə çevrilməsində aparıcı yerlərdən birini tutur.

Təcrübədə seçim özəlliyi

Nəzəri olaraq bu aspekt daha mürəkkəb təbiətlidir. Ona seçim mexanizminin siyasi texnologiyaları ilə yanaşı, liderin iradi və mənəvi-əxlaqi keyfiyyətləri də daxildir.

Təcrübə sahəsindən aktual olanı seçmək liderin situasiyanı qiymətləndirmə özəlliyindən, gələcəyi görmək üsulundan və nəzərdə tutduqlarını həyata keçirmək texnologiyalarından asılıdır. İlham Əliyev təcrübəsində bunların maraqlı nümunələri vardır.

Məsələn, 2008-ci ildə Rusiya – Gürcüstan münaqişəsi zamanı Azərbaycan Prezidenti həm müstəqil, həm də ədalətli seçim etdi – qonşu dövlətin məhv olmaması üçün hüquqi cəhətdən mümkün olan addımları çəkinmədən atdı.

Eyni seçim texnologiyasını 2012-ci ildə Azərbaycan – Aİ münasibətlərinin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində təkamül yolunun seçilməsində və 2013-2014-cü illərdə Ukrayna ilə Rusiya arasında enerji böhranı yarananda gördük. Həmin situasiyalarda İlham Əliyev seçiminin təcrübəsi üçün ortaq olan bir özəllik özünü göstərmişdir – ədalət, hüquq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında iştirakçıların milli təhlükəsizliyinin təmini!

Burada seçim mexanizmlərinin müəyyən edilməsi və onların cəsarətlə reallaşdırılması üçün liderin şəxsi keyfiyyətləri ön plana çıxır. Yüksək zəka, praqmatik məqsədin düzgün müəyyən edilməsi, siyasi-diplomatik məharət və yaradıcı təşəbbüskarlıq özünü göstərməlidir. Bunu dünya gördü!

Təcrübənin regional konteksti

Öncə onu vurğulayaq ki, postsovet məkanında XXI əsrin ilk onillikləri müddətində müstəqil dövlətin başçısı və liderinin regional kontekstdə təcrübəsinin mövcudluğunun başqa nümunəsi yoxdur. Ya milli miqyasda uğurlu olanlar onu qalıcı olaraq regional miqyasa transformasiya edə bilməmişlər, ya da, ümumiyyətlə, regional miqyasda davamlı fəaliyyət göstərə bilməmişlər.

Məsələn, Gürcüstan bir müddət milli səviyyədə qazandığı uğurları regional miqyasa transformasiya edə bilmədi. Hətta dərin siyasi, iqtisadi və geosiyasi qeyri-müəyyənlik vəziyyətinə düşdü.

Ukrayna, ümumiyyətlə, regional miqyasda hər hansı uğur qazana bilməmişdir, əksinə, indi özü region üçün risk məkanına çevrilmişdir.

Mərkəzi Asiyada Qazaxıstan və Özbəkistan milli səviyyədə əldə etdikləri uğurları daxili imkanlar hesabına regional səviyyəyə proyeksiya edə bilmirlər. Bu prosesdə onlara qardaşları – Azərbaycan və Türkiyə yardımçıdırlar.

Rusiyanın da regional miqyasda kifayət qədər ziddiyyətli faktorları mövcuddur. Onun Baltikyanı, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında həll edilməmiş problemləri qalmaqdadır. Rusiya nə qədər güclü və böyük dövlət olsa da, müasir mərhələdə onun təcrübə məkanının pozitiv tezaurus sahəsindən danışmaq xeyli çətindir.

Azərbaycan Prezidentinin təcrübəsinin regional konteksti isə tamamilə fərqli kriteriyalara malikdir. Onların üzərində dayanaq.

Daxili həmrəyliyin regional miqyasa proyeksiyası

İlham Əliyev 2003-cü ildən başlayaraq Azərbaycan cəmiyyətinin həmrəyliyini siyasi varisliyə uyğun yeni səviyyəyə yüksəltmək xəttini seçdi. Onun əsas istiqamətləri aşağıdakılar oldu: Milli ideyanın həyata keçirilməsi zərurətinin toplum tərəfindən qəbul edilməsi, azərbaycançılıq, multikulturalizm, hüquqi təminat, fərdi maraqlarla milli maraqların müstəqil dövlətçiliyə xidmət müstəvisində düzgün nisbətinin müəyyən edilməsi, müstəqil dövlət quruculuğu prosesinin başlıca prinsiplərinin cəmiyyət tərəfindən inklüziv legitimliyinin qəbul edilməsi.

Əlbəttə, liderin siyasi və diplomatik məharəti daxili həmrəylik kriteriyalarını yaradıcı surətdə regional miqyasa transformasiya etməlidir. Çünki daxili və regional mühit fərqlidir, birində uğurlu olan hər hansı faktoru eyni ilə digərinə tətbiq etmək olmaz.

İlham Əliyev təcrübəsinin mühüm cəhətlərindən biri bununla bağlıdır. Milli ideya, multikulturalizm, hüquqi təminat, fərdi maraqlarla milli maraqların müstəqil dövlətçiliyə xidmət müstəvisində düzgün nisbətinin müəyyən edilməsi və müstəqil dövlət quruculuğu prosesinin başlıca prinsiplərinin cəmiyyət tərəfindən inklüziv legitimliyinin qəbul edilməsi üzrə İlham Əliyev təcrübəsinin regional miqyasa proyeksiyasına nəzər salaq.

Milli ideya və regional reallıqlar

Milli ideyanın Azərbaycan daxilində həmrəylik və birliyi təmin etməsinin konkret göstəricisi II Qarabağ müharibəsi zamanı vətəndaşların monolit davranışında və lider-xalq birliyinin gücündə təzhaür etməsidir. Prezident İlham Əliyev bu bağlılıqda “Biz birlikdə güclüyük!” tezisini irəli sürmüşdür ki, onun təsiri çox yüksək olmuşdur.

Digər mənaları ilə yanaşı, bu tezisin insanları vahid məqsəd uğrunda kollektiv fəaliyyətə səsləniş motivi də vardır. Həmin prizmada milli ideyanın birləşdirici gücünün regional miqyasa transformasiyası yerli dövlətlərin və cəmiyyətlərin ortaq məqsədlərinin formalaşdırılması ola bilərdi. Azərbaycan Prezidenti məhz həmin kontekstdə regional hərmrəylik siyasətini Cənubi Qafqaz miqyasına proyeksiya etmişdir. “Qafqaz evi” ideyasının yenidən gündəmə gətirilməsini, “3+3” əməkdaşlıq və təhlükəsizlik platformasını, Orta dəhliz layihəsinə Cənubi Qafqaz dövlətlərinin hər birinin qoşulması istiqamətində aparılan diplomatik və konkret proqram üzrə fəaliyyətini, regionda kommunikasiya xətlərinin açılması və onların şəffaf işləməsinin təmini üzrə atılan addımları, regionun hər bir xalqının hüquqlarının qorunması üzrə əməkdaşlığı, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinin ön plana çıxarılmasını və digər addımları qeyd edə bilərik. Bütün bunlar məhz Azərbaycan Prezidentinin regional miqyasda milli ideya kontekstində həmrəyliyini təmin etməsinin fraqmentləridir.

Multikulturalizm

Multikultural dəyərlərin aparıcı rolu Azərbaycanda müstəqil dövlət siyasətinin ayrıca istiqaməti kimi oturuşmuşdur. Bu şərtin ölkə daxilində ödənməsi artıq real faktdır. Azərbaycan cəmiyyəti mahiyyətcə multikultural təbiətlidir. Məharətli siyasi-diplomatik fəaliyyət bu kriteriyanı uğurla regional miqyasa proyeksiya etməkdədir. Artıq Cənubi Qafqazda yerli xalqların hər birinin mədəni, mənəvi, əxlaqi və hüquqi sərbəstliyinin təmin edilməsi qəbul olunmuşdur. Azərbaycanın Ermənistanı hərb meydanında tam məğlub etməsi faktından Prezident İlham Əliyev multikultural dəyərlərə sayğı kontekstində yararlanmaqdadır. Belə ki, Azərbaycan müxtəlif regional və beynəlxalq tədbirlərdə Cənubi Qafqazın bütün xalqlarının eynihüquqluluq əsasında qarşılıqlı faydalı əməkdaşlıqda olması zərurətini addım-addım reallaşdırmağa çalışır. Burada yerli xalqların hər hansı birinin mənəvi, mədəni, əxlaqi və ya hüquqi ayrı-seçkiliyini Prezident İlham Əliyev qəbul etmir. Onun ən bariz təsdiqlərindən biri COP29-un keçirilməsi olmuşdur. Azərbaycan rəhbərliyi Ermənistan rəhbərliyini də bu tədbirə digərləri ilə eyni hüquq əsasında dəvət etmişdir.

Bununla yanaşı, Azərbaycan rəhbərliyi sülh müqaviləsi ilə bağlı etdiyi təkliflərdə ermənilərin də mədəni, mənəvi və hüquqi təminatını ön plana çıxarmışdır. Prezident İlham Əliyev azərbaycanlılarla ermənilərin birgə yaşamasının mühüm şərtlərindən biri kimi real olaraq məhz multikultural dəyərlər prinsipinə tam əməl olunmasını müəyyən etmişdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri