Uitaker müharibənin bitməsilə bağlı Zelenskinin sözlərini təkzib edib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Vaşinqton Rusiya-Ukrayna müharibəsinin başa çatacağı vaxtı müəyyən etməyib.
Moderator.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bildirib.
"İyuna qədər olan bu müddət Prezident (Ukrayna Prezidenti - red.) Volodimir Zelenski tərəfindən qeyd edilib. Mən düşünmürəm ki, bu, ABŞ-nin rəsmi olaraq müəyyən etdiyi bir müddətdir", - Uitaker vurğulayıb və bununla da Zelenskinin ABŞ tərəfinin 2026-cı ilin iyununa qədər son müddəti müəyyən etdiyi barədə bəyanatlarını təkzib edib.
Diplomat qeyd edib ki, ABŞ döyüş əməliyyatlarının dayandırılmasında maraqlıdır və hər iki tərəfin sülh razılaşmasına mümkün qədər tez gəlməsinə çalışır.
Uitaker həmçinin vurğulayıb ki, hazırkı vəziyyətdə konkret müddətlərin müəyyən edilməsi çox təhlükəli ola bilər. Onun sözlərinə görə, sülh sazişi hər iki tərəf buna hazır olduqda əldə edilməlidir: "Nəticə etibarilə razılaşma həm Rusiya, həm də Ukrayna tərəfindən təsdiqlənməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Fevral 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















