Uitkoff: ABŞ İranla razılaşmanın mümkün olmadığını başa düşüb
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birləşmiş Ştatların nümayəndələri İranla razılaşmanın mümkün olmadığını Tehranla aparılan danışıqların ikinci raundunda artıq başa düşüblər. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
"Biz oraya getdik, onlarla ədalətli bir razılaşma əldə etməyə çalışdıq. Və bu, ikinci görüşün sonuna doğru qeyri-mümkün olduğu tamamilə aydın idi. Lakin biz onlara son şans vermək üçün üçüncü dəfə də görüşə qayıtdıq", - Uitkoff qeyd edib.
Onun sözlərinə görə, Amerika nümayəndə heyəti İrana uranın zənginləşdirilməsini on il müddətinə dayandırmağı təklif edib.
"Biz onlarla uranın zənginləşdirilməsindən on il müddətinə tam imtina etməyi müzakirə etdik və biz yanacağı ödəyəcəkdik", - o əlavə edib, İran tərəfinin bu təklifi rədd etdiyini vurğulayıb.
İran və ABŞ İranın nüvə məsələsi ilə bağlı üç raund danışıq aparıb. İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin başçısı Abbas Əraqçı, Amerika nümayəndə heyətinə isə Uitkoff rəhbərlik edib. Üçüncü raund fevralın 26-da başa çatıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 03 Mart 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















