Icma.az
close
up
RU
Uitkoff qalmaqalı Trampın Ukrayna siyasətini dəyişəcəkmi? Ekspertlərdən zidd proqnozlar

Uitkoff qalmaqalı Trampın Ukrayna siyasətini dəyişəcəkmi? Ekspertlərdən zidd proqnozlar

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Trampın Putinə simpatiyası, gizli və gizli olmayan maliyyə əlaqələrin mövcudluğu heç kim üçün sirr deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kamran Cəfərov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya nümayəndələriylə gizli danışıqlarının sızdırılması nəticəsində yaşanan qalmaqalın Donald Trampın Rusiyaya baxışında, Ağ Evin Ukrayna siyasətində hər hansı bir dəyişiklik yaradıb-yaratmayacağını şərh edərkən deyib.

"Stiv Uitkoffun Rusiya xarici işlər nazirinin müavini Yuri Uşakovla danışıqlarının mətbuata sızması ABŞ-da çox ciddi qalmaqala səbəb oldu. Respublikaçı konqresmen Don Beykon hətta buna görə Uitkoffu xəyanətkar adlandıraraq, onun Kremlə işlədiyini və bundan sonra danışıqlar aparılmasının ona etibar edilməsini yolverilməz hesab edib. Beykon Uitkoffun vəzifədən uzaqlaşdırılmasını tələb edib.  Digər respublikaçı konqresmen Brayan Fitzpatrik isə belə mənasız şouların və gizli görüşlərin dayandırılmasını tələb edib. Son zamanlar Trampın reytinqi aşağı düşür. İqtisadi göstəricilərin qənaətbəxş olmaması fonunda, Epşteyn qalmaqalı, ardınca Uitkoff qalmaqalı ilə Respublikaçı partiyasında Trampı dəstəkləyən MAGA qanadı, indi də mötədil respublikaçılar Trampdan üz döndərməyə başlayıblar".


Ekspert deyir ki, nəticədə Tramp bir növ siyasi "şpaqat" vəziyyətinə düşüb: 

"MAGA onu "Putinə yetərli dəstək verməməkdə" ittiham edir, mötədil qanad isə Trampın siyasətini Rusiyaönlü hesab edərək tənqid edir. Bu məsələyə təsir edən digər önəmli məqamlar isə Avropa müttəfiqlərin mövqeyi, ABŞ əhalisinin Ukraynaya dəstəyi, respublikaçı elektoratın Ukraynaya dəstəyi və s. məqamlardır".

Bütün bunlar, ekspertə görə, Trampın "əlini-qolunu bağlayır" və Putinlə tandem şəklində siyasət yürütməyə imkan vermir:

"Amma təbii ki, Trampın Putinə simpatiyası, gizli və gizli olmayan maliyyə əlaqələrin mövcudluğu heç kim üçün sirr deyil. Bunun üçün illər öncə jurnalist Ceyms Dodsonun 2013-cü ildə Erik Trampın "bizim ABŞ banklarının pullarına ehtiyacımız yoxdur, rusların bizə verdiyi pullar bizə yetər" dediyini xatırlamaq yerinə düşər. Başqa sözlərlə Trampın Rusiya və Putinlə əlaqələrini bilərək, səmimiyyətinə inam sıfra bərabərdir. Amma sistem, müttəfiqlərin təzyiqləri, ABŞ daxili təzyiqlər Trampı müəyyən çərçivələrə salaraq, bəzi addımlar atmaq məcburiyyəti qarşısında qoyur və onun Rusiyaya qarşı bundan sonrakı addlmları da məhz yuxarıda qeyd olunan amillərdən asılı olacaq”.

Politoloq Əlimusa İbrahimov isə qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi ətrafında aparılan danışıqlar prosesi fonunda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun rusiyalı həmkarları ilə apardığı danışıqların səs yazısının ortaya çıxması bu və ya digər formada danışıqlar prosesinə öz təsirini göstərəcək. Ekspertin dediyinə görə, bu məsələ məhz danışıqlar prosesini pozmaq üçün ortaya atılıb:


"Amma Tramp birmənalı reaksiya verməklə bildirib ki, belə məsələlərin olması normal haldır və bu, danışıqlar prosesinə təsir etməməlidir. Bu da onu göstərir ki, həmin olayın baş verməsinə rəğmən bu, Trampın Ukrayna siyasətində hər hansı bir dəyişiklik yaratmayacaq. Uitkofun yenidən Moskvaya yola düşdüyü barədə məlumatlar verilir. Deməli, Uitkofun rusiyalı həmkarı ilə telefon danışığının mətbuata sızması danışıqlar prosesinə ciddi təsir etməyəcək”. 

Politoloq bildirir ki, prosesə təsir göstərən əsas amil Cenevrədə yenilənərək, 28-dən 22-i bəndə endirilən təkliflər planının Rusiya tərəfindən qəbul edilib-edilməməsi məsələsidir:

"Moskvanın isə həmin bəndləri qəbul edəcəyi inandırıcı görünmür. Nəticədə proses müddətsiz şəkildə uzanacaq ki, bu da Trampın marağında deyil. Belədə o vasitəçilikdən imtina edərək, tərəflərin vuruşmaqda davam etmələrinə imkan verəcək”. 

Qeyd edək ki, Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Donald Tramp tərəfindən 28 bəndlik və ardınca Cenevrədə 22 bəndlik təkliflərin ortaya çıxması fonunda, "Bloomberg" agentliyi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutmuş telefon danışıqlarının "rasşifrovka"sını yayıb. Həmin mətnlər əsasında belə təəssürat yaranır ki, Uitkoff hazırkı ABŞ administrasiyasında faktiki olaraq Rusiyanın təsir agenti kimi fəaliyyət göstərir. Məsələn, o Zelenskinin ABŞ-a son səfərindən 2 gün əvvəl, oktyabrın 14-də Uşakov ilə telefon söhbətində ona məsləhət görür ki, Putin Trampa zəng eləsin, Qəzzadakı sülhlə bağlı onu təbrik etsin, tərifləsin, "sülh adamı” adlandırsın. Yəni Uitkoff dost olmayan xarici liderə ABŞ prezidentini necə manipulyasiya etməyin yollarını öyrədir. Uitkoff Uşakova deyir ki, Qəzzada olduğu kimi, Rusiya-Ukrayna konfliktini də həll etmək və bu barədə plan hazırlamaq olar. Uitkoff Putinə dərin hörmət bəslədiyini və onun sülh istədiyini həmişə Trampa söylədiyini bildirir. 

Nəticədə, Putin-Tramp telefon danışığı baş verir və Tramp çox məmnun qalır, Putinin sülh istədiyini, yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlayır. Ondan bir gün sonra isə Tramp Ağ Evə gələn Zelenskini əliboş qaytarır.

29 oktyabr tarixli Utkoff-Dmitriyev telefon söhbətində isə sülh planından danışılır. Dmitriyev bildirir ki, sülh təkliflərini qeyri-rəsmi olaraq ABŞ tərəfinə verəcək. O deyir ki, amerikalılar yəqin tamamilə Rusiya versiyasını əsas götürməyəcəklər, amma buna maksimum yaxın bir sənəd ortaya çıxa bilər.

Məlumdur ki, Dmitriyev ABŞ-a uçur və Uitkofun Mayamidəki evində Uitkoff və Trampın kürəkəni Kuşnerlə görünür, nəticədə "28 maddəlik plan" ortaya çıxır.

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri