Uitkoff və Kuşner ukraynalı nümayəndələrlə görüşəcək
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner cümə günü Ukrayna nümayəndələri ilə mühüm görüş keçirəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NewsNation” telekanalının jurnalisti Kelli Meyer “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Uitkoff və Kuşner münaqişənin bütün aspektlərini əhatə edən və müharibənin dayandırılmasına yönəlmiş yeni vahid təklifi müzakirə etmək üçün Ukrayna rəsmiləri ilə görüşəcəklər”, – deyə jurnalist bildirib.
Mənbənin verdiyi məlumata görə, yüksəksəviyyəli danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri, həmçinin Avropa İttifaqı və NATO nümayəndələri də iştirak edəcəklər.
Əlavə edək ki, bundan əvvəl Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Moskva və Vaşinqton arasında əməkdaşlıq imkanlarını Stiv Uitkoff və Cared Kuşnerlə müzakirə etmişdi.
Sentyabrın 5-də amerikalı danışıqçılar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək münaqişənin nizamlanması yollarını nəzərdən keçirmişdilər. Uitkoff bu səfərlərin yekunlarına əsasən, əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Oktyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















