Icma.az
close
up
RU
Ukrayna ABŞ ın dünyadakı rolunu səssizcə ələ keçirir NYT

Ukrayna ABŞ ın dünyadakı rolunu səssizcə ələ keçirir NYT

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"The New York Times” qəzetində dərc olunan müəllif məqaləsində ABŞ ordusunun veteranı, İraq müharibəsinin iştirakçısı Devid Frenç yazır ki, Donald Trampın rəhbərliyi altında ABŞ azadlıq və demokratiya uğrunda mübarizəni simvolizə edən məşəli əldən buraxıb. Bu missiyanı isə Ukrayna öz üzərinə götürüb, lakin bunu hələ hamı dərk edib qəbul etməyə hazır deyil.

Qaynarinfo-nun məlumatına görə, müəllif qeyd edir ki, Ukrayna dünyaya "heyrətamiz bir nümunə” göstərib. Rusiya hücumları qarşısında xəritədən silinmək əvəzinə, ölkə müharibəni dalana dirəyərək quru döyüşlərində texnoloji inqilaba start verib. Bundan əlavə, Ukrayna Qərb üçün təhlükəsizlik sahəsində "əvəzolunmaz tərəfdaş”a çevrilib.

Frenç yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski hazırda bir neçə il əvvəl təsəvvür belə edilməyən addımlar atır: "Zelenski sözləri və addımları ilə Avropaya və dünyaya ABŞ-dan sonrakı azad dünyanın öz müstəqilliyini və azadlığını necə qoruyacağını göstərir”.

Jurnalist Ukraynanın "ümidsiz autsayder” kimi qiymətləndirilməsinin yanlış olduğunu vurğulayır. Onun sözlərinə görə, ölkə hələ də öz mövcudluğu uğrunda mübarizə aparsa da, beynəlxalq arenada artıq yeni geosiyasi reallıq formalaşdırır. Buna nümunə kimi, ABŞ-ın qoruya bilmədiyi Fars körfəzi ölkələri ilə imzalanan yeni hərbi razılaşmalar göstərilir.

Frenç əlavə edir ki, bir çox amerikalılar Donald Trampın "Ukraynanın gücü yoxdur” fikrini bölüşə bilər. Lakin reallıqda Ukrayna azad dünyada ən böyük və ən döyüş qabiliyyətli ordulardan birinə malikdir. Onun fikrincə, xüsusilə quru müharibəsi və dron texnologiyaları sahəsində Ukrayna Silahlı Qüvvələri effektivlik baxımından ABŞ ordusunu belə üstələyə bilər.

Bütün bunlar ABŞ prezidentinin uzun illər ərzində qurulmuş müttəfiqlik münasibətlərini zəiflətməsi fonunda baş verir.

"Amerikalılar Trampın səhvlərinin və lovğalığının real qiymətini tam anlamırlar. Onu yenidən hakimiyyətə qaytaran cəmiyyətə baxaraq, avropalılar bu parçalanmanın təkcə Trampdan deyil, ABŞ cəmiyyətinin mühüm hissəsindən qaynaqlandığı qənaətinə gəlirlər”, deyə müəllif bildirir.

Frenç vurğulayır ki, Avropada artıq ABŞ-ın yenidən etibarlı müttəfiq olacağına inam zəifləyib. Buna görə də yaranan boşluq gec-tez başqa qüvvə tərəfindən doldurulacaq: "Siyasət boşluğa dözmür”.

Məqalənin sonunda o qeyd edir: "Heç bir ölkə ABŞ-ın gücünə çatmasa da, həyatımda ilk dəfə liberal demokratiyanın müdafiəsinin mənəvi və strateji mərkəzi Vaşinqtonda deyil. O, London, Paris, Berlin və ya Ottavada da deyil. Bu mərkəz Kiyevdədir – burada cəsarətli lider və xalq ABŞ-ın yerə saldığı məşəli qaldırıb”.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri