Icma.az
close
up
RU
Ukrayna aşkar favoritdir və Bakıdakı oyunun revanşını almalıdır Roman Qriqorçuk

Ukrayna aşkar favoritdir və Bakıdakı oyunun revanşını almalıdır Roman Qriqorçuk

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda bu gün keçiriləcək Ukrayna - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis “UA-Football” nəşrinin suallarını cavablandırıb.

Müsahibəni kiçik ixtisarla təqdim edirik.

– Analitiklər, bukmekerlər, mütəxəssislər və azarkeşlər Ukraynanı bu oyunun açıq favoriti hesab edirlər. Bu qədər yüksək gözləntilər sizcə, həddindən artıq deyilmi?

– Mənim fikrimcə, Ukrayna bu oyunun aşkar favoritidir və Bakıda qeydə alınan heç-heçəyə (1:1) görə mütləq revanş almalıdır. Əminəm ki, bizim uşaqlar bu oyunda 3 xal qazanacaq, qrupda ikinci pillədə möhkəmlənəcək və biz gələcəyə ümidlə baxacağıq.

– Bu inam hardandır? Düzdür, səfərdə İslandiya üzərində 5:3 hesablı qələbə qeydə alındı. Orda da 3 qol cərimə meydançası xaricindən vuruldu. İslandiyanın qapısını Donarumma və ya Kurtua qorusaydı, bu topların qol olmasına əmin olmayacaqdıq.  

– İlk növbədə mənim inamım ondan qaynaqlanır ki, Ukrayna yığmasının futbolçularının səviyyəsi Azərbaycan millisinin oyunçularından daha yüksəkdir. Ukrayna futbolçularının çoxu ciddi Avropa klublarında çıxış edir – bu bir. İkincisi, İslandiya ilə oyunda mənim diqqətimi çəkən bir məqam oldu: ən azı mənə elə gəldi ki, komandada bir dəyişiklik, bir yenilənmə hiss olunurdu. Futbolçular meydanda qələbə uğrunda sona qədər vuruşurdular, bu qələbənin nə qədər vacib olduğunu anlayırdılar. Sentyabr oyunları ilə müqayisədə münasibət, yanaşma tamamilə fərqli idi.

– Siz Azərbaycanda çalışmısınız, oradakı futbolu yaxşı tanıyırsınız. Pul problemi yoxdur, infrastruktur normaldır, Avropada adı hallanan “Qarabağ” kimi klub var. Bəs niyə milli komanda bu qədər müddətdir qalib gələ bilmir?

– Ümumilikdə götürsək, Azərbaycan millisinin oyunçuları texnikalı və kifayət qədər səviyyəli futbolçulardır. Sadəcə, onlar – bəlkə də məşqçinin tapşırığı belədir – mənim üçün tam başa düşülməyən bir futbol oynayırlar. Onlar fərqli oynamalıdırlar: daha yaradıcı, daha hücum yönümlü. Amma əksinə, son izlədiyim oyunlarda daim müdafiəyə çəkilirlər. Məncə, belə olmamalıdır.

– Yəni sizcə, Azərbaycan daha çox hücum futbolu oynamalıdır?

– Bəli. Onların heyətind “Kayzerslautern”də çıxış edən Mahir Emreli, elcədə də Emin Mahmudov kimi keyfiyyətli oyunçular var. Sadəcə olaraq, komanda topu rəqibə verib, geridən oynayır və bu, mənim üçün anlaşılmazdır. Məşqçini tənqid etmirəm, sadəcə, kənardan gördüyümü deyirəm. Belə təəssürat yaranır ki, futbolçular meydanda oynamaqdan zövq almırlar. Ümid edirəm ki, Ukraynaya qarşı da Fransa ilə oyundakı kimi müdafiəyə çəkiləcəklər.

- Azərbaycan üçün bu oyun çox vacibdir. Onlar motivasiyalı olacaqlar. Bu sizi narahat etmir? Motivasiya baxımından üstün olan rəqib təhlükəli ola bilər.

– Əlbəttə, onlar bunu başa düşürlər. Amma belə motivasiyalı rəqib qələbə üçün oyun qura biləcəkmi? Mən buna inanmıram. Məncə, Ukrayna bu oyunda tam üstünlüyə malik olmalıdır – rəqibə qarşı total təzyiq, aqressiv hücum, çoxlu qol şansı və onların yaxşı reallaşdırılması. Biz rəqibə uyğunlaşmamalıyıq, öz oyun üslubumuzu ortaya qoymalıyıq. Ukrayna daha güclüdür və Azərbaycanı məğlub etməlidir. Amma onu da deyim ki, Azərbaycan da döyüşkən rəqibdir.

– Emrelidən başqa Azərbaycan millisində kim təhlükəli ola bilər?

– "Neftçi"nin yammüdafiəçisi Emin Mahmudov texnikalı və səviyyəli oyunçudur. Həmçinin “Neftçi”dən bir neçə oyunçunun da fərdi ustalığı yüksəkdir. Üstəlik, “Qarabağ”ın oyunçularını da unutmaq olmaz – milli komandanın əsasını onlar təşkil edir.

– Bəziləri deyir ki, Azərbaycan çempionatı zəifdir. Sizin fikriniz necədir?

– Əsla razı deyiləm. Əminliklə deyə bilərəm ki, Azərbaycan Premyer Liqası kifayət qədər keyfiyyətli və ciddi bir çempionatdır

- Roman Qriqorçukun Ukrayna – Azərbaycan oyunu ilə bağlı proqnozu necə olardı?

– Mən Ukraynanın qalib gələcəyinə inanıram. Amma hesab necə olacaq – açığı, bu barədə düşünməmişəm. Əsas odur ki, qalib gələk. Qoy 1:0 olsun, bu bizi tam qane edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri