Icma.az
close
up
RU
Ukrayna Avropaya uran və titan təklif etdi: ”Rusiyanı əvəz edə bilərik”

Ukrayna Avropaya uran və titan təklif etdi: ”Rusiyanı əvəz edə bilərik”

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Avropa ölkələri və Ukrayna birgə şəkildə ölkə ərazisində yerləşən faydalı qazıntıları işləyə bilər və bu, Avropanın sənayesi və müdafiə istehsalı üçün faydalı olar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” üçün Ukraynanın baş naziri Denis Şmıqalın yazdığı ölkənin Aİ-yə qoşulmasına həsr olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, Ukrayna təsdiqlənmiş titan filizi ehtiyatlarına görə dünyanın ilk on ölkəsi sırasına daxildir. Bununla belə, hazırda ölkədə bu kəşf edilmiş ehtiyatların cəmi 10%-i işlənilir. "Biz Avropa bazarında Rusiyanın titanını əvəz edə bilərik və bu, həm Aİ-nin mülki sənayesinin, həm də qabaqcıl hərbi texnologiyalarının inkişafına töhfə verərdi. Üstəlik, Rusiya ilə tərəfdaşlıq şantaj və aldatma üzərində qurulduğu halda, bizə etibar etmək mümkündür", – deyə Şmıqal vurğulayıb.  

O qeyd edib ki, Ukrayna ərazisində Aİ üçün kritik hesab edilən 30 mineral resursun 22-si mövcuddur. Xüsusilə, ölkə Avropada uran filizi ehtiyatlarına görə birinci yerdədir və öz enerji tələbatını qarşılamaqla yanaşı, Avropa ölkələrinə də uran tədarük edə bilər. "Xüsusilə də Avropada nüvə enerjisinə artan tələbatı nəzərə alsaq", – deyə o əlavə edib.  

Bundan başqa, Ukrayna Avropanın ən böyük litium ehtiyatlarına malikdir və bu elementə olan qlobal tələbat artmaqdadır. "Əgər 2021-ci ildə 460 min ton litium karbonatı istehlak olunmuşdusa, proqnozlara görə, 2030-cu ilə qədər bu rəqəm 6 milyon tona çatacaq. Biz bu sahədə birgə müəssisələrin yaradılmasına hazırıq və bu, şübhəsiz ki, Aİ-yə strateji üstünlük qazandırar", – deyə Şmıqal bildirib.  

Bundan əvvəl "Forbes” hesablamışdı ki, 2023-cü ildə Ukraynanın mineral resurslarının ümumi dəyəri təxminən 15 trilyon dollar təşkil edir. Bununla yanaşı, ölkədəki yataqların təxminən 70%-i qismən işğal olunmuş və daimi atəş altında olan Luqansk, Donetsk və Dnepropetrovsk vilayətlərində yerləşir. Ukraynanın litium ehtiyatları isə 500 min ton həcmində qiymətləndirilir. Bu metal elektronika istehsalı və hərbi texnika, o cümlədən dronlar, qırıcılar və raket sistemləri üçün kritik əhəmiyyətə malikdir.  

Bundan əvvəl ABŞ-ın Ukraynanın faydalı qazıntılarına prioritet çıxış əldə etməsi qarşılığında Kiyevə hərbi və maliyyə dəstəyi göstərməyə davam edəcəyi məsələsi geniş müzakirə olunurdu. Ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski Reuters-ə müsahibəsində bildirib ki, Ukrayna ABŞ-a öz resurslarını, o cümlədən nadir torpaq elementlərini pulsuz vermək niyyətində deyil, lakin onların birgə işlənməsinə hazırdır. "Amerikalılar bizə ən böyük dəstəyi veriblər və buna uyğun olaraq bizim resurslarımıza prioritet çıxış əldə etməlidirlər", – deyə Zelenski vurğulayıb.  

Onun sözlərinə görə, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində ölkənin mineral ehtiyatlarının təxminən 20%-i, o cümlədən nadir torpaq elementlərinin demək olar ki, yarısı yerləşir. Zelenski hesab edir ki, Moskva bu strateji əhəmiyyətli resursların bir hissəsini Şimali Koreya və İran kimi müttəfiqlərinə ötürə bilər. "Biz Putini dayandırmalı və ən zəngin yataqlarımızı, o cümlədən Pridneprovye bölgəsini və mərkəzi Ukraynanı qorumaq üçün hərəkətə keçməliyik", – deyə o bildirib.  

Daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts qeyd edib ki, Donald Tramp Ukraynaya dəstəyin davam etdirilməsi məsələsini müzakirə etməyə hazırdır, lakin Vaşinqton "hərbi yardıma çəkilən xərcləri kompensasiya etməlidir". "Bu, ukraynalılarla onların faydalı qazıntıları, təbii ehtiyatları, nefti və qazı, eləcə də bizim resurslarımızın alınması ilə bağlı birgə tərəfdaşlıq olacaq", – deyə Uolts vurğulayıb.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri