Icma.az
close
up
RU
“Ukrayna “B planı” hazırlayır” “Sülh danışıqları uğursuz alınsa...”

“Ukrayna “B planı” hazırlayır” “Sülh danışıqları uğursuz alınsa...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Rusiya ilə sülh sazişi uğursuzluqla nəticələnəcəyi təqdirdə özü üçün “B planı” hazırlayır.

“AzPolitika” xəbər verir ki, bu barədə “BILD” nəşrində dərc edilən məqalədə deyilir.

Yazıda qeyd olunur ki, Donald Tramp və Volodimir Zelenski arasında Vatikanda keçirilən görüşdən sonra Ağ Ev getdikcə daha çox Ukraynanın “sülh planı ilə razılaşması və ərazisinin ən azı beşdə birindən imtina etməsi”ndə israr edir. İndiyədək Kiyev bu ideyanı rədd edib və dörd aydır ki, ABŞ-dən yeni təchizat, silah almadan, yalnız əvvəllər vəd edilmiş silahlarla keçinir.

Eyni zamanda, ölkə öz müdafiə sənayesini inkişaf etdirərək müdafiəsiz qalmamaq üçün çalışır: “Xüsusilə, kamikadze hücum dronlarının istehsalı 2023-cü ildəki 600 min ədəddən ötən il 1,5 milyon ədədə qədər artıb və 2025-ci ilin sonunda bu rəqəm üç milyona çatmalıdır. Bu göstəricilər artıq döyüş meydanında nəzərə çarpır. Cəmi iki il əvvəl PUA-lar Rusiya itkilərinin təxminən üçdə birinə cavabdeh idisə, indi onların dörddə üçünü təşkil edir.

Bundan əlavə, ağır artilleriya da geri qalmır. Hələ 2022-ci ildə Ukrayna ümumiyyətlə öz haubitsalarını istehsal etmirdi, lakin indi hər ay iyirmi “Boqdan” özüyeriyən haubitsası konveyerdən çıxır. Bu haubitsalar üçün 155 mm-lik mərmilərin bəziləri Ukraynada yığılır”.

Nəşr qeyd edir ki, Ukrayna ordusunun əsas problemi canlı qüvvə çatışmazlığı olaraq qalır. Artıq 18-24 yaşlı könüllüləri cəlb etmək üçün Ukrayna Müdafiə Nazirliyi yeni çağırışçıların maaşını iki dəfə artırıb. Onlar səfərbərlik çərçivəsində əvvəllər orduya çağırılanlardan təxminən iki dəfə çox pul alacaqlar.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri