Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Ukrayna böhranı: ABŞ və Aİ arasında strateji rəqabət və geosiyasi ayrılıqlar TƏHLİL

Ukrayna böhranı: ABŞ və Aİ arasında strateji rəqabət və geosiyasi ayrılıqlar TƏHLİL

Icma.az, Apa.az saytına istinadən bildirir.

​Ukrayna məsələsində Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Qərb dövlətləri, xüsusilə Avropa İttifaqı (Aİ) ölkələri arasında kəskin fikir ayrılıqları müşahidə olunmaqdadır. Xüsusilə, Ukraynanın zəngin təbii ehtiyatları, o cümlədən nadir torpaq elementləri ilə bağlı hər iki tərəf fərqli yanaşmalar sərgiləyir.​

ABŞ Prezidenti Donald Trump Ukraynaya müharibə zamanı göstərilən yardımların əvəzi olaraq, ölkənin təbii ehtiyatlarının yarısının ABŞ-a verilməsini təklif edib. Bu təkliflər Ukrayna hökumətini çətin seçim qarşısında qoyub və ABŞ ilə Aİ arasında müəyyən gərginliyə səbəb olub.

Ukrayna Baş naziri Denys Shmyhal ABŞ ilə aparılan danışıqlarda təhlükəsizlik zəmanətlərinin vacibliyini qeyd edərək, bu məsələnin həll olunmadan hər hansı razılaşmanın imzalanmayacağını bildirib. Bu vəziyyət, Ukraynanın strateji əhəmiyyətini artırmaqla yanaşı, ABŞ və Aİ arasında rəqabəti də gücləndirir.​

Ukraynanın təbii ehtiyatları ilə bağlı ABŞ və Aİ arasında yaranan bu fikir ayrılıqları, hər iki tərəfin regiondakı maraqlarını və strateji mövqelərini yenidən nəzərdən keçirməsinə səbəb olur.

ABŞ və Avropa İttifaqı arasında gərginliyin əsas səbəbi

Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko isə APA-ya açıqlamasında tərəflər arasında fikir ayrılığının kökündə, əslində, Ukrayna məsələsinin dayanmadığını düşünür.

ABŞ və Avropa İttifaqı arasında münaqişənin əsas səbəbi, əslində, Ukrayna deyil. Bu münaqişənin kökləri hələ Donald Trampın ilk prezidentlik dövrünə gedib çıxır. O vaxt əsas səbəb Avropanı NATO-nun büdcəsinə daha çox maliyyə ayırmağa məcbur etmək cəhdi idi. ABŞ-nin məqsədi o idi ki, NATO-nu maliyyələşdirən əsas tərəf ABŞ deyil, Avropa özü olsun, yəni Avropa ölkələri öz təhlükəsizliklərinə daha çox qayğı göstərsinlər və xərclərin əsas hissəsini öz üzərlərinə götürsünlər. Donald Tramp bu kontekstdə, əlbəttə ki, nə siyasi korrektlik, nə də diplomatiya çərçivəsində hərəkət etmir, Avropanı ABŞ üçün sərfəli şəkildə davranmağa məcbur etmək istəyir. Avropa İttifaqı da, öz növbəsində, bu ritorikanı tamamilə qəbuledilməz sayır. Ümumilikdə, sosial uyğunlaşma qabiliyyəti aşağı olan Donald Trampın belə qeyri-diplomatik ritorikası ona ciddi nəticələr qazandırmayacaq.”

“Ukrayna Aİ ilə ABŞ arasında balans rolunu oynamayacaq”

Kovalenkonun sözlərinə görə, Ukrayna hazırda ABŞ ilə yüksək səviyyəli əlaqələri qorumağa çalışır, eyni zamanda Avropa İttifaqı ilə kifayət qədər stabil münasibətlərə malikdir.

Biz Avropa ilə ABŞ arasında balans rolunu oynamaq niyyətində deyilik, bu, bizim üçün əlavə yük olar. Onsuz da həll etməli olduğumuz çoxlu məsələ var. Bununla belə, bu, o demək deyil ki, biz bu geosiyasi qarşıdurmanın hər hansı tərəfi ilə əlaqələrimizi kəsəcəyik. Ukrayna hər zaman bütün tərəfdaşlarla qarşılıqlı faydalı, dostluq və anlaşmaya əsaslanan münasibətlər qurmağa çalışıb. Amma Donald Tramp kimi mürəkkəb siyasi fiqurla Avropanın ambisiyalarını təmin etmək naminə dil tapmağa çalışmaq – bu, mümkün bir şey deyil. Bununla belə, Ukrayna mövzusu həm Avropa liderlərinin, həm də Ağ Evin daxili münasibətləri kontekstində dəfələrlə gündəmə gəlib”, - deyə ekspert vurğulayıb.

Ukrayna hansı ölkələrə üstünlük verəcək?

“Kiyev ilk növbədə, Rusiya ilə qarşıdurmada ona uzunmüddətli dəstək vəd edən ölkələrə üstünlük verəcək. Bu isə, əsasən, Avropa ölkələridir. ABŞ isə, xüsusən də respublikaçılar etibarsız tərəfdaş olduğunu göstərib. Bəli, onlarla iş aparmaq mümkündür, amma bu, kazinoya bənzəyir. Donald Tramp özü də kazinoya xas bir insandır – hər şey qoyulan mərclərdən asılıdır. O, səninlə yaxşı münasibət qura bilər və sən “cekpot” uda bilərsən, yaxud əksinə – hər şeyini uduzarsan. Bundan əlavə, Ukrayna müxtəlif istiqamətlərdə sıx əlaqələrini inkişaf etdirir. Xaricdə bizi dəstəkləyən çox sayda tərəfdaşımız var. Ukraynanın əsas məqsədi – siyasi cəhətdən sabit olan və gözlənilməz sürprizlər etməyəcək ölkələrə üstünlük verməkdir” Kovalenko qeyd edib.

ABŞ və Rusiya arasında keçirilən İstanbul görüşünə toxunan ukraynalı ekspert qeyd edib ki, bu, sıradan bir görüş olacaq və ciddi irəliləyiş baş verməyəcək: Səudiyyə Ərəbistanında keçirilən görüş kimi, burada da əsas mövzu “razılaşmaq barədə razılığa gəlmək” olacaq. Yəni, ABŞ və Rusiya müəyyən məsələləri müzakirə edəcək. Ukrayna və Avropa kimi əsas tərəflərin iştirakı olmadan konkret nəticələr gözləmək mənasızdır. Belə görüşlər, sadəcə, gələcək danışıqlar üçün zəmin hazırlayır. Gələn həftə, iki həftə və ya bir ay ərzində Ukrayna-Rusiya qarşıdurmasının həll ediləcəyini düşünmək real deyil. Hətta Donald Tramp və ətrafının hər şeyin tez bir zamanda həll oluna biləcəyinə dair bəyanatlarına baxmayaraq, yaxın altı ay ərzində diplomatik gərginlik davam edəcək. Üstəlik, Trampın diplomatiya ilə arası heç də yaxşı deyil. Bu, çox çətin danışıqlar prosesini əhatə edəcək. Hərbi əməliyyatların tam dayanması isə gözlənilmir. Qarşıdurmalar müəyyən intensivlikdə davam edəcək. Bu müddət ərzində elə hadisələr baş verə bilər ki, danışıqlara təsir etsin. Ona görə də bu görüşləri yalnız ilkin mərhələ hesab etmək olar. Bu görüşlər son qərarların açarı deyil”.

“ABŞ Avropanın müharibə vərdişini təkrarlamaması üçün İkinci dünya müharibəsindən bu yana Avropadadır”

Amerikalı jurnalist və ekspert Nurit Qrinqer isə APA-ya açıqlamasında qeyd edib ki, ABŞ Aİ-nin müharibə etmək kimi vərdişini yenidən təkrarlamaması üçün İkinci dünya müharibəsindən bu yana Avropada mövcudluğunu davam etdirir:“ABŞ Avropanın insan ölümlərinə səbəb olan yeni müharibələr başlatmaması üçün oradadır. Avropa ABŞ-nin orada olmasını təbii qəbul edib. NATO üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir və Aİ-də belə bir düşüncə var ki, müharibə yenidən başlasa, ABŞ yardım edəcək. Avropa qitənin sağlam idarə edilməsini təmin etməyib, nəticədə, qitə daxildən qeyri-əmin məkana çevrilib”.

ABŞ-nin 46-cı Prezidenti olmuş Cozef Bayden dövrünü Vaşinqtonun siyasi cəhətdən pis dövrü adlandıran ekspert Qrinqer Donald Trampı ölkənin çətin vəziyyətdən çıxarılması üçün seçildiyini deyib.

“Cozef Bayden ABŞ üçün bir fəlakət oldu. O, ölkəni qarışdırdı. Tramp Bayden Administrasiyasının ölkəyə vurduğu zərəri aradan qaldırmaq üçün seçilib. Trampın bütün hərəkətlərinin doğru olub-olmaması barədə heç bir şey demək olmaz, amma o, millətlərin bir-birinə qarşı müharibə etməsini istəmir. Rusiya lideri Putin isə siyasi cəhətdən lunatikdir, digər ölkələrə qarşı imperiya və genişlənmə ambisiyaları var. Putin heç bir səbəb olmadan Ukraynanı işğal etdi. İndi Putin yenidən eyni işi görür, iqtisadi baxımdan Rusiyadan asılı olan Avropa İttifaqı ölkələri isə nə edəcəyini heç bilmir. 2022-ci ildə ABŞ-də Prezident Tramp olsaydı, bu müharibə başlamayacaqdı. Tramp nə Rusiya, nə də Ukraynanın uduzmayacağı, ədalətli və davamlı sülh sazişinə vasitəçilik etmək istəyir. Nəticəni görəcəyik”, - deyə amerikalı ekspert bildirib.

“Aİ öz təhlükəsizliyini təmin etməlidir”

Nurit Qrinqer Rusiyaya qonşu olan Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etməli olduğunu vurğulayıb: “Onlar ABŞ-nin onları qorumasına arxayın olmamalıdırlar. Tramp artıq bildirib ki, ABŞ heç bir qarşılıq görmədən xeyriyyəçi kimi çıxış etməyəcək”.

Avropa ölkələrinin yeni ərazi reallığını tanımalarını gözləmək olmaz

Avropa Parlamentində Slovakiyadan olan müşavir, xarici siyasət üzrə ekspert Marian Duris isə APA-ya açıqlamasında Aİ və ABŞ arasında münaqişənin iki səviyyədə mövcud olduğunu bildirib.

Birinci səviyyə ideoloji xarakter daşıyır, çünki Avropa Komissiyasındakı insanlar keçmiş Ağ Ev rəhbərliyi ilə daha çox uzlaşırdılar. Bu gün isə orada cənab Donald Tramp əyləşib və onun fikirləri komissarların dəyərlərə əsaslanan düşüncə tərzi ilə ziddiyyət təşkil edir. İkinci səviyyə isə münaqişənin özüdür. ABŞ və Rusiya arasında keçirilən görüşlərdə Avropa İttifaqı iştirak etməyib. Məsələn, bu gün İstanbulda görüş keçirilir, amma Aİ-nin iştirakı olmadan. Biz ABŞ-nin öz maraqlarını Rusiya Federasiyası ilə uzlaşdırmağa daha çox hazır olduğunu müşahidə edirik. Avropa ölkələrinin isə yeni ərazi reallığını tanımalarını gözləmək olmaz”, - deyə o vurğulayıb.

2008-ci il: Rusiya-Gürcüstan müharibəsi

Xatırlatmaq yerinə düşər ki, 2008-ci il avqust ayında baş verən Rusiya-Gürcüstan müharibəsi zamanı Avropa İttifaqı (Aİ) və NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsə də, Tbilisiyə hərbi dəstək verilmədi. Rusiya sürətlə hərbi müdaxilə edərək Gürcüstan qüvvələrini geri çəkilməyə məcbur etdi. NATO isə Gürcüstanı dəstəklədiyini ifadə etsə də, sonralar ölkənin Şimali Atlantika Alyansına qoşulması istiqamətində heç bir addım atılması, əksinə, ciddi maneələr ortaya çıxdı. Doğrudur, Gürcüstana siyasi və iqtisadi dəstək göstərildi, lakin bu, Rusiya-Gürcüstan münaqişəsinin nəticələrini dəyişdirmədi.

Gürcüstan-Rusiya müharibəsində olduğu kimi, Aİ və NATO-nun Ukrayna müharibəsinə də reaksiyası daha çox diplomatik və siyasi dəstək üzərində qurulub, bu dəstəyin müharibənin gedişatına və yekun nəticəsinə ciddi təsir göstərmədiyi müşahidə olunur.

Faiq Mahmudov
Lamiyə Şirinova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri