Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Ukrayna böhranı və Azərbaycan nümunəsi: təhlükəsizlik üçün həlledici amil liderlikdir TƏHLİL

Ukrayna böhranı və Azərbaycan nümunəsi: təhlükəsizlik üçün həlledici amil liderlikdir TƏHLİL

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna siyasi gündəmi son günlərdə yeni gərginlik mərhələsinə daxil olub və ölkə rəhbərliyinin qarşısında duran seçimlər daha da kəskinləşib. Bu fonunda Prezident Volodimir Zelenski xalqa müraciət edərək mövcud vəziyyətə aydınlıq gətirib və ölkənin qarşılaşdığı təhlükələrin miqyasını dəyərləndirib.
Dövlət başçısı çıxışında hazırkı dövrü “tariximizin ən çətin anlarından biri” adlandırıb. Onun sözlərinə görə, Ukrayna bu gün strateji mahiyyət daşıyan son dərəcə çətin bir dilemmanın qarşısındadır – ya öz ləyaqətini və suveren mövqeyini qorumaq, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşmək. Zelenski bildirib ki, Kiyevə təqdim olunan 28 bəndlik şərtlər ağırdır və onların qəbul edilməməsi ölkəni çox çətin qış mövsümünə sürükləyə bilər.

Prezident Zelenski vurğulayıb ki, tərəfdaşların gözləntilərinə baxmayaraq, Ukraynanın cavabı illər əvvəl – 2019-cu il mayın 20-də, o, ölkənin suverenliyini və müstəqilliyini qorumağa and içdiyi gün verilib və bu öhdəlik bu gün də dəyişməz olaraq qalır.

Azərbaycanın qələbəsini təmin edən liderlik modeli

Məhz bu məqam müasir beynəlxalq münasibətlərin əsas reallığını ortaya çıxarır: hər bir ölkənin təhlükəsizliyi və gələcəyi ilk növbədə onun liderinin qətiyyəti, siyasi iradəsi və strateji düşüncə qabiliyyəti ilə müəyyən olunur. Ukraynada müşahidə edilən idarəetmə problemləri fonunda Azərbaycanın təcrübəsi daha aydın görünür.

Azərbaycan 30 il ərzində torpaqlarının işğalı şəraitində beynəlxalq aləmdə haqq səsini səsləndirir, ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün platformalardan istifadə edirdi. Lakin özlərini demokratiyanın, insan hüquqlarının və qlobal təhlükəsizliyin qarantı hesab edən güclər uzun illər ərzində bu çağırışları eşitmək istəmədi. İşğal faktı görməzdən gəlinir, Azərbaycanın haqlı tələbləri beynəlxalq gündəmdə arxa plana keçirilirdi.

Belə bir şəraitdə Prezident İlham Əliyevin məqsədyönlü, praqmatik və prinsipial siyasəti ölkəni tədricən yeni mərhələyə çıxardı. Azərbaycanın siyasi, diplomatik və hərbi gücü artdıqca onun haqlı mövqeyini inkar etmək mümkün olmadı. Ermənistanı dəstəkləyən qüvvələrin status-kvonu rəsmiləşdirmək cəhdləri tam iflasa uğradı və regionda Azərbaycan iradəsinə əsaslanan yeni reallıq formalaşdı.

Dövlətlərin taleyini müəyyən edən liderlik amili

Azərbaycan heç kimdən yardım almadan, yalnız öz gücünə arxalanaraq haqq müharibəsində qalib gəldi. Ərazi bütövlüyü və suverenlik tam şəkildə bərpa olundu. Bu gün bütün dünya həmin müharibənin nəticələrini, yeni regional düzəni və Azərbaycanın yaratdığı reallığı qəbul etmək məcburiyyətindədir. Bu, yalnız güclü ordunun deyil, hər şeydən əvvəl strateji düşüncəyə, geniş dünyagörüşünə və siyasi qətiyyətə malik liderin iradəsinin nəticəsidir.

Prezident İlham Əliyevin dövlətçilik xətti bir daha nümayiş etdirdi ki, milli maraqları ən yüksək prioritet kimi qəbul edən liderlik modeli ən çətin tarixi mərhələlərdə belə ölkəni qələbəyə aparmaq gücünə malikdir. Azərbaycan nümunəsi sübut edir ki, təhlükəli və dəyişkən geosiyasi şəraitdə dövlətin əsas dayağı məhz güclü liderlikdir. Bu gün Ukraynanın yaşadığı faciənin kökündə məhz belə bir liderlik modelinin olmaması dayanır. Strateji baxışın, siyasi qətiyyətin və vahid idarəetmə iradəsinin yoxluğu Ukraynanın təhlükəsizliyini zəiflədir, müharibənin uzanmasına və böhranın dərinləşməsinə səbəb olur. Azərbaycanın uğur modeli və Ukraynanın hazırkı böhranı eyni həqiqəti təsdiqləyir: qlobal sistemdən və beynəlxalq təşkilatlardan əvvəl ölkələrin taleyini müəyyən edən əsas amil liderliyin keyfiyyətidir. Güclü liderliyi olan dövlətlər qalib gəlir, olmayanlar isə uzunmüddətli çətinliklər və böhranlar içində itirilir.

Qlobal təlatümlər dövründə liderliyin həlledici rolu

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya açıqlamasında bildirib ki, mövcud geosiyasi proseslər bir daha sübut edir: dövlətin taleyini müəyyən edən ən həlledici faktor güclü liderlik və xalq–dövlət birliyidir.

Onun sözlərinə görə, Ukraynada və dünyanın müxtəlif bölgələrində baş verən müharibələr və silahlı toqquşmalar hər bir ölkə üçün ciddi nəticələr doğurur və bu fonda dövlətlər ayıq-sayıq olmalı, baş verən prosesləri düzgün təhlil etməlidirlər.

Zaur Məmmədov qeyd edib ki, beynəlxalq münasibətlər sistemində tez-tez böyük dövlətlərin siyasi səhnələr qurduğunu, müxtəlif geosiyasi “tamaşalar” yaratdığını və nəticədə öz aralarında maraqlarını uzlaşdırdıqlarını görmək olur. Bu isə kiçik ölkələr üçün faciəli nəticələr yaradır.

O bildirib ki, Azərbaycanın yaxın tarixi liderlik amilinin həlledici rolunu açıq şəkildə nümayiş etdirib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq Prezident İlham Əliyevin apardığı siyasət göstərdi ki, Azərbaycan 30 illik danışıqlar mərhələsində ciddi təzyiqlərə baxmayaraq, öz mövqeyini qorumalı oldu və qoruya bildi. Halbuki beynəlxalq hüquq tam şəkildə Azərbaycanın tərəfində idi”.

Qərəzli vasitəçilik və Azərbaycanın təkbaşına mübarizəsi

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu daxil olmaqla bir çox beynəlxalq platformalarda münaqişənin Azərbaycanın ziyanına həll edilməsinə istiqamətlənən cəhdlər görünürdü. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən bir neçəsi də bu prosesdə qərəzli mövqe nümayiş etdirirdi.

“Azərbaycanı illərlə status-kvo ilə barışmağa, işğalı qəbul etməyə və sonsuz danışıqlar prosesinə razı olmağa təhrik edirdilər. Ermənistan ‘yeni ərazilər, yeni müharibə’ şüarları səsləndirirdi, amma heç kim İrəvana beynəlxalq hüququ xatırlatmırdı", – o bildirib.

Zaur Məmmədovun sözlərinə görə, həmin dövrdə Azərbaycana edilən təzyiqlər Ukraynaya göstərilən təzyiqlərlə müqayisədə daha ağır idi. Bu gün Ukraynanın arxasında milyardlarla yardım edən Avropa dayanırsa, Azərbaycan o illərdə heç bir xarici dəstək almadan öz gücünə torpaqlarını azad edib.

İkili standartlara qarşı qalib dövlət modeli

O əlavə edib ki, həm 44 günlük Vətən müharibəsi, həm də sonrakı antiterror tədbirləri göstərdi: Azərbaycan heç vaxt geri çəkilməyəcək və bir qarış torpağı belə güzəştə getməyəcək.

Məmmədov bildirib ki, bu gün Ukraynada baş verən hadisələr, o cümlədən təqdim olunan “planlar” həmin ölkəni işğalla barışmağa yönəldir: “Bu proseslər bir daha sübut edir ki, dövlət yalnız öz hərbi, iqtisadi və maddi gücünə arxalanmalıdır".

Onun sözlərinə görə, dünya birliyi yenə ikili standartlarla çıxış edir, özünü demokratiya və beynəlxalq təhlükəsizliyin qarantı kimi təqdim edən qüvvələr illərlə həm Ukraynaya, həm də Azərbaycana qarşı məkrli siyasət aparıb.

Nəticə olaraq Zaur Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin xarici siyasətdə həyata keçirdiyi hücum diplomatiyası və qarşılıqlı hörmətə əsaslanan xətt Azərbaycanı yeni regional reallığın formalaşdığı əsas aktora çevirib. Bunun nəticəsi kimi Cənubi Qafqazda 200 ildən sonra ilk dəfə “erməni məsələsi” deyilən anlayış tarixə qovuşub və mərkəzində Azərbaycan olan yeni sabitlik modeli yaranıb.

Onun sözlərinə görə, Azərbaycan bu gün region dövlətləri ilə birlikdə yeni siyasi və iqtisadi platformaları gücləndirməklə həm regional, həm də qlobal səviyyədə mövqeyini daha da möhkəmləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri