Ukrayna bu görüşlərdən qorxmur Zelenski
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla mümkün görüşlərdən çəkinmədiklərini bəyan edib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram” kanalında paylaşım edib.
“Yaxın gələcəkdə liderlər səviyyəsində sülhə dair görüşlərin müxtəlif formatları – iki ikitərəfli və bir üçtərəfli format müzakirə olunub. Ukrayna bu görüşlərdən qorxmur və Rusiya tərəfindən də eyni cəsarətli yanaşmanı gözləyir”, – deyə prezident bildirib.
Zelenski əlavə edib ki, Ukraynanın müstəqilliyini təmin edəcək sülh yolunda real irəliləyiş üçün beynəlxalq təmaslar planlaşdırılır. O, Fridrix Merzlə danışıqlar aparacağını, həmçinin Fransa və İtaliyadan olan həmkarları ilə də əlaqə qurmağı nəzərdə tutduğunu qeyd edib.
Fidan Hacızadə
Sfera.az
Baxış sayı:37
Bu xəbər 07 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















