Ukrayna bu təkliflə dərhal razılaşmalıdır Tramp
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin münaqişənin həlli üçün İstanbulda danışıqlar aparmaq təklifi ilə dərhal razılaşmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs sazişi bağlamaq istəmir, lakin qanlı qırğına son qoyulmasını müzakirə etmək üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. Ukrayna bununla dərhal razılaşmalıdır", - Ağ Evin rəhbəri yazıb.
Tramp əlavə edib ki, danışıqların nəticələrinə əsasən, Ukrayna razılığın əldə olunub-olunmayacağını müəyyən edə biləcək. Eyni zamanda, siyasətçinin fikrincə, Avropa və ABŞ vəziyyətin necə olduğunu öyrənə biləcək, bundan sonra müvafiq tədbirlər görəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 May 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















