Icma.az
close
up
RU
Ukrayna da şərtlə danışır, Rusiya da İstanbul danışıqlarında sülh gözləmək doğru deyil

Ukrayna da şərtlə danışır, Rusiya da İstanbul danışıqlarında sülh gözləmək doğru deyil

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib. Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir.

Zelenskinin sözlərinə görə, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir. Ukrayna lideri bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir:

“Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur”.

Ukrayna prezidenti əlavə edib ki, əgər danışıqlar baş tutmasa, ABŞ və Avropa İttifaqından Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmasını gözləyir.

Lakin Rusiya prezidenti Vladimir Putinin sabah İstanbula uçmayacağı deyilir. Məlumata görə, Türkiyəyə gedəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov daxildir.

Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, mayın 15-də Ukrayna ilə keçiriləcək İstanbul danışıqlarında Rusiya nümayəndələrinin adları Vladimir Putinin lazım bildiyi zaman açıqlanacaq.

Siyasi şərhçi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Vladimir Putinin İstanbulda görüşlə bağlı Kiyevə təklifi Ukrayna ilə sülh müqaviləsi imzalanmağa hədəflənməmişdi.

Ekspert bildirib ki, əslində Putin mövcud status-kvonu saxlamağa, ilhaq etdiyi ərazilərin Rusiyanın nəzarətində qalmasına nail olmağa çalışır. Onun sözlərinə görə, məsələ ondadır ki, üç ildən artıqdır davam edən bu müharibə Rusiya iqtiadiyyatına çox baha başa gəlib:

“Qərb ölkələrinin, xüsusən Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gündən-günə ağırlaşır. Bu da Rusiyanın sosial həyatına ciddi təsirlər göstərir”.

Müsahibimiz detib ki, digər tərəfdən Rusiyanın əsas müttəfiqləri olan Çin və Hindistan da bu müharibənin, hərbi əməliyyatların artıq dayandırılması tələbi ilə çıxış edir. Bu baxımdan Putin Rusiyanın sülh tərəfdarı olduğunu göstərmək üçün İstanbulda birbaşa danışıqların başlanması üçün çağırış etmişdi:

“Kreml rəhbəri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan bu görüşə ev sahibliyi etməsini istəyirdi. Çünki Qərb ölkələri Moskvadan mayın 12-dək qeyri-şərtsiz 30 günlük atəşkəs elan edilməsini tələb edirlər. Əgər bu, baş verməzsə, Rusiyaya qarşı daha dərin sanksiyalar tətbiq ediləcəyini bildirirlər. Bir neçə il öncə İstanbulda Rusiya-Ukrayna tərəflərinin təmasları olmuşdu. Düzdür, müsbət nəticələr olmadı. Amma Türkiyə həm Qərb dünyası, həm də Rusiya ilə balanslı siyasətlər qurduğundan Moskvanın seçimi İstanbul olmuşdu".

Əhməd Şahidov: Türkiyə sülh danışıqlarının mərhələli şəkildə getməsinin vavibliyini vurğulayır

Analitik qeyd edib ki, Türkiyənin də indi müəyyən şərtləri var:

"Ankara hökuməti tərəflərin ilk növbədə 30 günlük atəşkəsə riayət etməsini istəyir. Tələb edir ki, bütün hərbi əməliyyalar 30 gün müddətinə dayandırılsın. Daha sonra əsirlər dəyişdirilsin və mülki obyektlərin hədəf alınmasına son verilsin. Yəni sülh danışıqlarının mərhələli şəkildə getməsinin vavibliyini vurğulayır. Əslində Putin danışıqlara başlamaqla həm də vaxt qazanmağa çalışır. Müharibə və sanksiyaların ölkə iqtisadiyyatına ciddi mənfi təsirləri danılmazdır. Ancaq yenə deyirəm, əsas məqsədi işğal etdiyi əraziləri heç də geri qaytarmaq deyil. Moskvanın da şərtləri var. Rusiya Ukraynanın heç zaman NATO-ya üzv qəbul olunmamasını, neytral qalmasını tələb edir. Kiyev isə Moskvadan zəbt etdiyi ərazilərdən geri çəkilməsini tələb edir. Lakin bu iki şərtin heç bir tərəflər tərəfindən qəbul olunmur. Ona görə də qısa zamanda Rusiya-Ukrayna arasında sülh sazişinin imzalanacağını gözləmək doğru deyil".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri