Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı VİDEO
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur. Belə ki, dairənin giriş-çıxış saylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq, dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir. Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Redaktor.az xəbər verir ki, yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək".
"Layihə həyata keçirildikdən sonra:
münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
dairənin buraxılış qabiliyyəti artırılacaq;
hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub",- deyə qurumdan əlavə edilib.
Qeyd edilib ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur.
Layihə simulyasiya edilib. Simulyasiyanı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















