Icma.az
close
up
RU
Ukrayna danışıqları: ABŞ nəticəyə nail ola biləcək?

Ukrayna danışıqları: ABŞ nəticəyə nail ola biləcək?

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-li müzakirəçilər Tramp administrasiyası adından Rusiya-Ukrayna müharibəsini dayandırmaq məqsədilə Florida ştatının Mayami şəhərində rusiyalı rəsmilərlə keçirdiyi görüşdən sonra gözlənildiyi kimi ciddi irəliləyiş əldə olunmadı. ABŞ rəsmiləri, eyni zamanda Ukrayna prezidenti Zelenski müsbət meyillərin olması ilə bağlı açıqlamalarıa kifayətləndilər.

ABŞ–Rusiya və ABŞ-Ukrayna təmaslarının intensivləşməsi real sülh razılaşmasına yol aça bilərmi?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.

Politoloq İlham İsmayıl qeyd edib ki, ABŞ və Rusiya ikilisi məsələni həll etmək imkanında deyil: “Ona görə ki, burada ən vacib söz deyən tərəf elə Ukraynadır. Ukrayna nümayəndələrinin iştirakı ilə Mayamidə görüş keçirilib və Putinin nümayəndəsi Kirill Dmitrievin dediyi kimi növbəti görüş Moskvada olacaq. Çox güman ki, bu görüş Yeni ildən sonra, ya da bəlkə də dekabrın son günlərində ola bilər. Amma bu görüşlə bağlı hələ konkret informasiya yoxdur”.

Politoloqun bildirdiyinə görə, o ki qaldı məsələnin sülh ilə yekunlaşmasına Moskvanın razılıq verməsi, bu, inandırıcı deyil: “Çünki Putinin xəbərdarlıqları, mövqeyi Donbası tamamilə götürmək, faktiki olaraq Ukraynanı kapitulyasiya etməkdir. Ona da Ukrayna razı deyil və bu da artıq bəllidir. Buna görə də Avropa ən azı 2 il üçün 90 milyard ayırıb. Bu da uzunmüddətli müharibə üçün çox azdır. Müharibə davam edəcək və tezliklə bitməsi də heç görünmür. Burada da günah birmənalı şəkildə Rusiya tərəfindədir. Çünki Rusiya heç cür atəşkəsə razı olmur nəinki hələ birbaşa sülh danışıqlarının başlamasına. Ona görə də Moskva danışıqlarından da perspektivdə kifayət qədər müsbət bir şeylər gözləmək çətin məsələdir”.

“Danışıqlar məhsuldar keçib”

Politoloq Şakir Ağayev bildirib ki, danışıqlar çox gizli saxlanılır, ancaq mətbuata müəyyən sızmalar var: “Zelenskinin, Uitkoffun, Umerovun adından bildirilir ki, danışıqlar məhsuldar keçib və müəyyən anlaşmalar var. Hətta Rubio deyir ki, 5 faiz məsələ qalıb. Əsas elə hər şey o 5 faizin üstündədir. Orada Ukraynanın ərazi güzəştindən, Zaporojye Atom Elektrik Stansiyasından söhbət gedir və ən əsası Ukrayna özü üçün təhlükəsizlik təminatı istəyir. Hələ ona tam əmin olmayıb”.

“Bunu sülh sazişi adlandırmaq düzgün deyil”

Politoloq Trampın Floridada müsahibə verdiyini deyərək əlavə edib ki, Tramp qeyd edib ki, danışıqlar yaxşı gedir, biz bu məsələyə çalışırıq son qoyaq və bu məsələni həll edəcəyik: “Bu əslinə qalsa sülh sazişinə gedən bir layihədir. Bu sülh sazişi layihəsi deyil. Bunu sülh sazişi adlandırmaq, ümumiyyətlə, düzgün deyil. Bu, sülhə gedən bir çərçivə sazişidir. Buna nail olunacaqmı? Mən buna ilin axırına qədər nail olunacağına güman etmirəm. Çünki fikir ayrılıqları əsas məsələlərdə durur. Eyni zamanda, Avropa masada deyil deyə bu sülh danışıqlarında mövqelərini möhkəmələndirmək üçün Ukraynaya bir sıra təsirlər göstərir və Avropanın Ukraynaya təsiri başda İngiltərə olmaqla daha böyükdür”.

“Rusiya-Ukrayna danışıqlarını ABŞ-Rusiya münasibətləri ilə eyni tutmaq olmaz”

Ş.Ağayevin sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarını ABŞ-Rusiya münasibətləri ilə eyni tutmaq olmaz: “Rusiya-Ukrayna müharibəsində razılıq olmasa da Amerika-Rusiya münasibətləri davam edəcək. Yəni söhbət ABŞ-Rusiya arasındakı siyasi, iqtisadi, ticari, humanitar münasibətlərin bərpasından gedir. Sözsüz ki, razılığın tez əldə olunması Rusiya-ABŞ arasında olan və sıfır nöqtəsində olan münasibətlərin daha tez bərpasına kömək edə bilər. Düşünürəm ki, bu, hər iki tərəfin mövqelərinin yaxınlaşmasına çox böyük köməklik göstərər”.

“Müharibə hələ davam edəcək”

Politoloq Zaur Məmmədov söyləyib ki, indiki halda real sülhdən danışmaq mümkün deyil: “Bununla bağlı həm münaqişə tərəfləri, həm də münaqişəyə bilavasitə və yaxud dolayı yolla təsir edən tərəflər arasında fikir ayrılığı var. Bu fikir ayrılıqları ciddidir, dərindir. Bu, həm ideoloji, həm siyasi, həm iqtisadi maliyyə ilə bağlıdır. Həmçinin də təhlükəsizliklə bağlıdır. Belə olan təqdirdə əlbəttə ki, müharibənin Yeni ilə qədər dayandırılması kimi fikirlər səsləndirmək absurddur. Müharibə hələ davam edəcək. Fundamental məsələlər var ki, onlara aydınlıq gətirmək lazımdır. Bu fundamental məsələlərə nə qədər ki, aydınlıq gətirilməyib, müharibə ən azı 1 gün və ya 1-2 saat dayandırıla bilər”.

“Ukrayna və Avropa İttifaqı başladıqları yola davam etmək niyyətindədir”

Z.Məmmədov əlavə edib ki, ən əsası bu məsələdə obyektivliyin, ədalətin kimlər tərəfindən qorunmasının və kimlər tərəfindən qorunmamasının da şahidiyik: “Hər bir halda Avropa İttifaqının son qərarı çox vacib idi. Bu qərardan sonra aydın oldu ki, Ukrayna və Avropa İttifaqı başladıqları yola davam etmək niyyətindədirlər. ABŞ-nin bu məsələlərdə nə qədər neytral qalıb-qalmaması hələ müzakirə predmetidir. ABŞ-də bununla bağlı çox ciddi şəkildə siyasi elita daxilində də, dövlətin özünün daxilində də fikir ayrılıqları var”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri