Icma.az
close
up
RU
Ukrayna dronları Rusiyanın zəif yerinə zərbə endirdi: Vəziyyət çətinləşir WSJ

Ukrayna dronları Rusiyanın zəif yerinə zərbə endirdi: Vəziyyət çətinləşir WSJ

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ukrayna dronlarının Rusiyanın neft emalı zavodlarına hücumları ölkədə təxminən 13% yanacaq istehsalını sıradan çıxarıb. 
Qaynarinfo "The Wall Street Journal”a istinadla yazır ki, vəziyyəti Moskva üçün daha da çətinləşdirən Qərb sanksiyaları 2022-ci ildən sonra infrastrukturun təmiri və qalan obyektlərin servis imkanlarını xeyli məhdudlaşdırıb.
Qeyd olunur ki, Ukrayna pilotsuzlarının dəmir yolları və hava limanlarının işində tez-tez yaratdığı nasazlıqlar daha çox rusiyalını avtomobilə keçməyə məcbur edib. Bu, xüsusilə yay aylarında – məhsul yığım mövsümündə yanacağa olan tələbat kəskin artanda daha da hiss olunur.
Nəticədə bir neçə regionda, o cümlədən Rusiya tərəfindən işğal olunmuş Krımda və Sibirin bəzi hissələrində yanacaqdoldurma məntəqələrində normalaşdırma tətbiq olunub. Benzinin satışda olduğu yerlərdə isə qiymətlər bahalaşıb: bu il Rusiyada 95 markalı benzinin topdansatış qiyməti 45% yüksəlib, halbuki dünya bazarında neftin qiyməti əhəmiyyətli dərəcədə azalıb.
"Bu zərbələr hərbi fəaliyyətə birbaşa təsir etmir, amma Rusiya iqtisadiyyatına zərbə vurur. Rusiya iqtisadiyyatı onsuz da problemlərlə üz-üzədir, belə ki, kiçik bir təkan belə sistem daxilində zəif nöqtələr yarada bilər”, deyə keçmiş xarici işlər naziri Pavlo Klimkin bildirib.
Son bir ayda Rusiyada ondan çox neft emalı zavodu vurulub. Bəziləri sərhəddən yüzlərlə kilometr aralıda yerləşsə də, Ukrayna dronlarının həm say, həm də güc baxımından artması onların əlçatanlığını artırıb.
"Ukrayna artıq uzunmüddətli hücumlar həyata keçirmək iqtidarındadır. Ötən il də buna cəhd vardı, amma döyüş başlıqları yüngül idi və uğur faizi aşağı idi. İndi isə nəticələr aradan qaldırılan kimi yeni zərbə gəlir. Əgər Ukrayna bu təzyiqi davam etdirib zavodlara Rusiyanın bərpa imkanlarından daha tez-tez ziyan vura bilsə, vəziyyət tamamilə dəyişəcək”, deyə "Qazprom neft”in keçmiş strategiya və innovasiya şöbə rəhbəri Sergey Vakulenko qeyd edib.
Bundan əlavə, Ukrayna öz raketlərini də inkişaf etdirir. Bunlardan biri – "Flaminqo” qanadlı raketi – daha böyük döyüş başlığına malik olacaq və müharibədə dönüş nöqtəsinə çevrilə bilər. Oslo Universitetinin raket silahları üzrə eksperti Fabian Qofman hesab edir ki: "Əgər məsafədən zərər verməklə kifayətlənməyib obyektləri tamamilə məhv edə bilən zərbələr həyata keçirilərsə, bu, Rusiya üçün vəziyyəti xeyli çətinləşdirəcək. Rusiya anlamalıdır ki, müharibəni davam etdirdiyi müddətdə Ukrayna ona ciddi zərbə vurmaq gücündə olacaq”.
Analitiklərin fikrincə, yanacaq böhranı təkbaşına Putinin Ukraynadakı strateji hərbi məqsədlərinə və ya daxildəki hakimiyyətinə təsir etməyəcək. Amma bu müharibə şəraitində hər bir pozuntu önəmlidir.
"Bu gün müasir müharibə resurslar uğrunda müharibədir. Ukrayna isə Daviddir – o, nəhəng Qolyafın zəif nöqtələrini axtarır”, deyə keçmiş müdafiə naziri Oleksiy Reznikov vurğulayıb.
Xatıaladaq ki, 21 avqustda Bryansk vilayətindəki "Uneça” neft ötürücü stansiyasında Ukrayna dronlarının hücumundan sonra yanğın baş verib. Bu, bir həftə ərzində ikinci zərbə idi – 13 avqustda da eyni obyekt hədəfə alınmışdı. Həmin hücum Rusiyanın kəmərin işini müvəqqəti dayandırmasına, nəticədə isə Macarıstanın bir neçə gün ərzində neftsiz qalmasına səbəb olmuşdu.
23 avqustda isə Ukrayna Silahlı Qüvvələrinin PUA sistemləri komandanı Robert "Madyar” Brovdi açıqlayıb ki, son bir həftədə Rusiyada dörd neft obyekti vurulub – iki neft emalı zavodu və iki neftötürücü stansiya. Onun sözlərinə görə, Ukrayna Ordusu bununla kifayətlənməyəcək və hücumlar davam edəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri