Ukrayna dronları Xəzər dənizində Rusiyanın hərbi gəmisinə və Lukoil in neft qaz platformasına zərbə endirib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib.
APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi dəniz qüvvələrinin "Oxotnik" gəmisini uğurla vurub. Gəmi Xəzər dənizində neft və qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi", - məlumatda bildirilib.
Qeyd olunub ki, gəmiyə bir neçə Ukrayna dronu zərbə endirib. Hazırda zərərin dərəcəsi və gəminin gövdə nömrəsi müəyyənləşdirilir.
Bundan əlavə, Ukrayna qüvvələri Xəzər dənizindəki “Lukoil” şirkətinə məxsus Filanovski neft və qaz yatağında qazma platformasına da zərbə endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















