Icma.az
close
up
RU
“Ukrayna əşya deyil ki, kiməsə verilsin Ukrayna xalqı heç bir alçaldıcı razılığa getməyəcək ”

“Ukrayna əşya deyil ki, kiməsə verilsin Ukrayna xalqı heç bir alçaldıcı razılığa getməyəcək ”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynada yaşayan və tanınan azərbaycanlı iş adamı Oqtay Əfəndiyev öz sosial şəbəkə hesabından bu günlərdə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik: "Heç şübhəsiz ki, son günlərin ən aktual mövzusu ABŞ-nin yeni seçilmiş 47-ci Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığıdır. Fevralın 12-si baş tutan telefon danışığının bir saatdan artıq davam etməsi tərəflərin dünyanın müxtəlif regionlarında olan hadisələrə baxış bucağını əks etdirir. Ukrayna cəmiyyətinə maraqlı olan isə bu danışıqlarda tərəflərin 3 ilə yaxın davam edən Rusiya-Ukrayna müharibəsinə olan münasibətidir.

Təbii ki, Rusiyanın məqsəd və niyyəti bəllidir - daha çox güzəştlər qoparmaq. Telefon danışığı zamanı Ukrayna üçün faciəvi nələrsə baş verməyib. Yəni, Ukrayna əşya deyil ki, xalqın iradəsinin əksinə olaraq kiməsə verilsin. Bu fikirlər əsassızdır. Elə bu xüsusda Ukrayna Prezidentinin bu danışığa olan münasibəti maraqlı idi.

Prezident Volodimir Zelenski Ukraynanın iştirak etmədiyi danışıqların legitim olmayacağını və tanınmayacağını qeyd etdi. Tramp və Putin arasında telefon danışığında Ukraynaya dair hər hansı razılıq əldə olunmayıb. Məncə bu məsələlərə konseptual olaraq birtərəfli baxmaq olmaz. Çünki 3 ildir ki, Rusiya imperializminə qarşı vuruşan Ukrayna xalqı heç bir alçaldıcı sülhə və razılığa gedə bilməz. Ukrayna tərəfi olmadan heçbir saziş imzalana bilməz. Ukrayna xalqının qəhrəmanlığı və mübariz ruhu bu amansız müharibəni 3 ilə kimi gətirib çıxardı. Bütün proqnozların əksinə olaraq qısa müddətdə məğlub olacağı deyilən Ukrayna inamla müdafə olunur, torpağını qoruyur. Bütün beynəlxalq hüquq normaları da Ukraynanın tərəfindədir.

Təbii ki, Trampın əsas niyyəti tezliklə atəşkəsə nail olmaqdır. Lakin bu atəşkəs əldə olunacağı təqdirdə tərəflərin hansı güzəştlərə gedəcəyi maraqlıdır. Unutmayaq ki, vətənimiz Azərbaycan da Ermənistanla 1994-cü ildə atəşkəs haqqında Bişkek protokolunu imzaladı. O dövr üçün şərtlər bunu diqtə edirdi. Bəs Azərbaycan cəmiyyətində ermənilər tərəfindən işğal olunmuş ərazilərin güzəşt olunacağına dair fikir vardımı, xeyr. 

Azərbaycan doğru zamanda və güclü olduğu halda (beynəlxalq vəziyyəti də nəzərə alaraq) işğal altında olan ərazilərini azad edərək, öz ərazi-bütövlüyü və suverenliyini bərpa etmiş oldu. Bu paraleli ona görə apardım ki, Ukrayna cəmiyyətində də ərazilərin itkisi, işğal faktı tanınmayacaq. Yəni, son sözü Ukrayna xalqı deyəcəkdir!

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri