Ukrayna Futbol Federasiyası UEFA funksionerinin açıqlamasına bəyanatla cavab verdi
Icma.az, sport24.az saytına istinadən bildirir.
Ukrayna Futbol Federasiyası (UAF) UEFA-nın Milli Assosiasiyalar Departamentinin direktoru Zoran Lakoviçin 2025-ci ildə bütün Rusiya komandalarının beynəlxalq arenaya qayıdacağına ümid etdiyini bildirən çıxışına münasibət bildirib. Sport24.az xəbər verir ki, bəyanatında beynəlxalq futbol təşkilatlarını müharibə başa çatana qədər Rusiya komandalarını beynəlxalq oyunlara buraxmamağa çağırıb.
"Ukrayna Futbol Assosiasiyası (UAF), eləcə də bütün Ukrayna futbol ictimaiyyəti 2022-ci ilin fevral ayının sonundan etibarən bütün Rusiya komandalarına qarşı tətbiq edilən sanksiyalara görə FİFA və UEFA-nın İcraiyyə Komitəsinə minnətdardır.
İdman sülh, hörmət və ədalətli oyun kimi fundamental dəyərlərindən ayrı mövcud ola bilməz. Rusiya klublarının qitəmiqyaslı turnirlərdə iştirakına icazə vermək bu prinsipləri pozar".
Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra ali futbol qurumları bu ölkənin yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına stop qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Mart 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















