Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı: Ruslar Ukraynaya rekord sayda raket və dronla hücum ediblər
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu gün, sentyabrın 7-də, Rusiya ordusu Ukraynaya rekord sayda hava hücum vasitəsi ilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Telemarafon efirində Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının kommunikasiya idarəsinin rəisi Yuri İqnat məlumat verib. Onun sözlərinə görə, bu gün düşmənin Ukraynaya endirdiyi bütün raketlər yerüstü bazalı olub.
Xüsusilə Odessa, Kiyev, Dnepropetrovsk və Zaporojye vilayətləri zərbələrdən zərər çəkib. İqnat əlavə edib ki, hazırda 54 PUA-nın vurulması təsdiqlənib, üstəlik, zərbədən sonra düşərək dağıntılara səbəb ola bilən məhv edilmiş dronlar da var.
“Artıq doqquz raketin də hədəfə dəydiyi təsdiqlənib. Bu səbəbdən bu gecə heç də asan keçmədi. Əlbəttə, indi dünyanın bütün mediası yazacaq ki, Ukrayna üçün növbəti antirekord qeydə alınıb. Çünki ümumilikdə 823 hava hücum olub. Bu, həqiqətən də antirekorddur,” – deyə İqnat vurğulayıb.


