Zakir Həsənov Vyetnamın Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşüb FOTO
Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında olub.
Doğru.az xəbər verir ki, əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident Ho Chi Minh mavzoleyi ziyarət edilib, abidələrə əklillər qoyulub.
Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sonda general-polkovnik Zakir Həsənov HDQ briqadasına və “Ha Long” buxtasına baş çəkib, yaradılan şəraitlə tanış olub.
DOĞRU.AZ
Baxış sayı:80
Bu xəbər 03 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















