Ukrayna ilə bağlı dəhşətli proqnoz: Bu tarixdən sonra… KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“The American Conservative” jurnalının köşə yazarı Ted Snayder münaqişə başa çatdıqdan sonra Qərbin Ukraynaya münasibətinin dəyişə biləcəyini bildirib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, Snayderin fikrincə, hazırda Ukraynaya göstərilən siyasi və iqtisadi diqqət münaqişənin başa çatmasından sonra azala bilər.
O hesab edir ki, belə bir vəziyyətdə Kiyev ölkənin iqtisadi və siyasi sabitliyini qorumaq üçün Rusiya ilə münasibətləri normallaşdırmağa məcbur qala bilər.
Köşə yazarı qeyd edib ki, Ukraynanın Avropa İttifaqına sürətli şəkildə qoşulacağı ilə bağlı gözləntiləri artıq reallaşmayıb. Onun sözlərinə görə, NATO-ya üzvlük məsələsində verilən vədlərin həyata keçirilməməsi də Kiyev üçün əlavə çətinlik yarada bilər.
Snayderin iddiasına əsasən, münaqişənin həllindən sonra Ukrayna iqtisadiyyatın bərpasının maliyyələşdirilməsi və siyasi inteqrasiya məsələlərində Qərbin əvvəlki səviyyədə dəstəyini almaya bilər. Bu halda Kiyevin Rusiya ilə yaxınlaşmaq istiqamətində seçim etməsi ehtimalını istisna etmək olmaz.
Ekspert həmçinin Rusiya və Ukrayna arasında tarixi, mədəni və dini əlaqələrin mövcud olduğunu vurğulayıb. Onun fikrincə, bu amillər gələcəkdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Sentyabr 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















